Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1706/2025 11.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 11 iyun 2025ci il tarixdə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum bacısı X3 14 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, mərhum bacısı X6 04 fevral 1964-cü il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur və 2022-ci ilin əvvəlindən etibarən bacısının səhhətində ciddi problemlər yaranmışdır. Lakin müalicə alsa da, 14 aprel 2022-ci il tarixdə vəfat etmiş və Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Lakin onlar həmin vaxt bacısının ölüm şəhadətnaməsinin alınması üçün heç bir orqana müraciət etməmişlər. Hal-hazırda onun ölüm şəhadətnaməsi olmadığı üçün mərhum yaşayan şəxs kimi tanınır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, oradan ona bacısının ölümünü qeydə almaq üçün tibbi şəhadətnamənin lazım olduğunu və hazırda tibbi şəhadətnamə olmadığı üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qohumudur. Mərhum X1 rayonu M.Hadi küçəsi ev 34 ünvanında yaşamış və səhhətində yaranmış ciddi problemlər səbəbilə, 14 aprel 2022-ci ildə vəfat etmiş və Cəlilabad şəhər qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin bacısı X2 14 aprel 2022-ci ildə vəfat etmiş və Cəlilabad şəhər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli, 474/12 saylı arayışdan görünür ki, X6 04 fevral 1964-cü ildə Cəlilabad şəhərində doğulmuşdur. X5, anası X7r. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X3 ölümü ilə bağlı Cəlilabad RMX-da heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə ölümün qeydə alınması mümkün deyildir. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, X6 04 fevral 1964-cü il tarixdə doğulmuş, 14 aprel 2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 04 fevral 1964-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş X3 14 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 fevral 1964-cü il tarixdə Cəlilabad şəhərində doğulmuş X3 14 aprel 2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1706/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1706/2025
11.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver