Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-171/2023 26.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 296 kq Ammofos, 3 kq AZOT-RUS, 104 kq Nitrofosforkalium gübrələrinin və yaxud həmin malların hazırki bazar dəyəri üzrə 30.082 manat pul məbləğinin qaytarılması, malın satışından əldə olunmuş qalıq 440 manat və mediasiya rüsumunun əvəzi qismində 50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 296 kq Ammofos, 3 kq AZOT-RUS, 104 kq Nitrofosforkalium gübrələrinin və yaxud həmin malların hazırki bazar dəyəri üzrə 30.082 manat pul məbləğinin qaytarılması, malın satışından əldə olunmuş qalıq 440 manat və mediasiya rüsumunun əvəzi qismində 50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-dən 14850 manat əmək haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(073)-171/2023 saylı qərardadı ilə, ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı 14850 manat pul vəsaitinin alınaraq ona verilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilənlər hallar nəzərə alınaraq baxılmamış saxlanılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satıcı kimi işə qəbul olunmuşdur. Müqavilənin şərtlərinə əsasən işəgötürən İddiaçı MMC özünə məxsus gübrələri satılması üçün Cavabdeh təhvil verməli, cavabdeh isə həmin malları qəbul edib satışını həyata keçirdikdən sonra dəyərini işəgötürənə ödəməlidir. 13 iyul 2020-ci il tarixdə ROOT-TRADE” MMC və Cavabdeh arasında tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə bağlanılmışdır. Tam maddi məsuliyyət haqqında müqavilənin 1.5-ci bəndinə əsasən “satıcı ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işləri layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür və ona etibar edilmiş maddi sərvətləri və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır. İşçi (cavabdeh) tərəfindən Əmək müqaviləsinin tələbləri pozularaq ona etibar edilmiş əmlaklar olan 1031 kq Ammofos, 500 kq AZOT-RUS və 1130 kq Nitrofosforkalium gübrələrini qəbul etmiş, həmin əmlaklardan 735 kq Ammofos, 497 kq AZOT-RUS və 1026 kq Nitrofosforkalium gübrələrini satmış, 296 kq Ammofos, 3 kq AZOT-RUS, 104 kq Nitrofosforkalium gübrələri və 440 manat nəğd pul vəsaiti qalıq kimi cavabdehdə qalmışdır. Lakin cavabdeh qəbul etdiyi əmlakların satışını həyata keçirdikdən sonra qalıq qalan 296 kq Ammofos, 3 kq AZOT-RUS və 104 kq Nitrofosforkalium gübrələrini, nə də ki həmin əmlakların dəyərini və 440 manat nəğd pul vəsaitini işəgötürənə qaytarmamışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi, qaimə fakturalar və digər sənədlər müvafiq olaraq cavabdeh, müəssisənin rəhbəri X5 və səlahiyyətli şəxslər tərəfindən şəxsən imzalanmışdır. Cavabdehin həmin sənədlərdə olan imzalarının ona məxsus olmaması barədə izahatı əsassızdır. Cavabdeh bir neçə ay işləmiş, daha sonra işə çıxmamış və fəaliyyəti olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satıcı kimi işə qəbul olunmuşdur. Müqavilənin şərtlərinə əsasən işəgötürən İddiaçı MMC özünə məxsus gübrələri satılması üçün Cavabdeh təhvil verməli, cavabdeh isə həmin malları qəbul edib satışını həyata keçirdikdən sonra dəyərini işəgötürənə ödəməlidir. 13 iyul 2020-ci il tarixdə ROOT-TRADE” MMC və Cavabdeh arasında tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə bağlanılmışdır. Tam maddi məsuliyyət haqqında müqavilənin 1.5-ci bəndinə əsasən satıcı ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını, görüləcək işləri layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür və ona etibar edilmiş maddi sərvətləri və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalıdır. İşçi (cavabdeh) tərəfindən Əmək müqaviləsinin tələbləri pozularaq ona etibar edilmiş əmlaklar olan 1031 kq Ammofos, 500 kq AZOT-RUS və 1130 kq Nitrofosforkalium gübrələrini qəbul etmiş, lakin cavabdeh qəbul etdiyi əmlakların satışını həyata keçirdikdən sonra qalıq qalan 296 kq Ammofos, 3 kq AZOT-RUS və 104 kq Nitrofosforkalium gübrələrini, nə də ki həmin əmlakların dəyərini və 440 manat nəğd pul vəsaiti işəgötürənə qaytarmamışdır. Həmin malların və borcun ümumi məbləği 17922 manatdır. Lakin həmin məhsulların hazırki bazar dəyəri 30082 manat təşkil edir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi, qaimə fakturalar və digər sənədləri o özü şəxsən imzalamış, sonra başqa şəxslərlə anbara göndərmiş və Cavabdeh tərəfindən imzalanmışdır. Həmin imzalar onun, cavabdehin və aidiyyatı şəxslərin şəxsən imzalarıdır. Ona görə də iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, həqiqətən də onunla İddiaçı MMC arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən o, MMC-də satıcı kimi işə qəbul olunmuşdur. Bundan başqa 13 iyul 2020-ci il tarixdə İddiaçı MMC ilə onun arasında tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə bağlanmışdır. Həmin tarixli təhvil-təslim aktına əsasən gübrə satışının təşkili üçün "xxxx" ASC-dən alınmış Verifone 990X markalı, seriya nömrəsi V1E0207991 İD-si R1180836 olan POS terminal ona təhvil verilmişdir. Bundan sonra o, İddiaçı MMC ilə heç bir münasibətdə olmamış, iş görməmiş və xidmət göstərməmişdir. Zənn edir ki, iddia ərizəsinə əlavə olunmuş 13 iyul 2020-ci il tarixli əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə və malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası saxtalışdırılaraq məhkəməyə təqdim edilmişdir. Həmin 13 iyul 2020-ci il tarixli əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə və malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasındakı imzalar, sənədlərdə göstərilən İddiaçı MMC-nin direktoru X4 məxsus deyil və onun tərəfindən icra olunmayıb. Belə ki, 13 iyul 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında 36 nömrəli müqaviləni ona tanımadığı bir sürücü gətirmiş, o, da əmək haqqı almaq üçün həmin sənədləri imzalamışdır. Lakin həmin sənədi imzaladıqdan sonra İddiaçı MMC ilə heç bir əlaqədə və münasibətdə olmamış, iş görməmiş və heç bir xidmət göstərməmişdir. Belə ki, ona hər hansı mal təqdim edilməmiş və hər hansı satış işlərini həyata keçirməmişdir. Həmçinin şirkətdən əmək haqqına görə pul almamış və bu baxımdan da heç bir əmlakın təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturasına imza etməmişdir. O, işə düzəldiyi vaxtdan Cəlilabad rayonunda olan işləri dayısı Şəfahət Əskərov icra etmişdir. Şəxsən ona heç vaxt mal-material təhvil və ya təqdim edilməmiş, onunla hər hansı hesablaşma aparılmamışdır. Bütün işləri, malların qəbulu, satışı, təhvil işlərini dayısı icra etmişdir. Əvvəlki vaxtlarda dayısından öyrəndiyinə görə malların pulunun çox hissəsini dayısı müəssisəyə nəğd və ya terminal vasitəsilə ödəmiş, 8000 manat nisyə satılmış malların pulu qalmışdır ki, həmin pulun bu illər ərzində müəssisəyə qaytarılması barədə onun məlumatı yoxdur. Ona görə də o, İddiaçı MMC tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş 13 iyul 2020-ci il tarixli əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə və GRX 580625, 580629, 580633, 580634, 580638, 580907, 580924 və 580930 seriyalı malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasındakı imzaların X4 və ona aid olub-olmaması və onun tərəfindən icra olunub-olunmamasını müəyənləşdirmək üçün məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmiş və 13 iyul 2020-ci il tarixli əmək müqaviləsində olan imzaların, GRX seriyalı 580625, 580633 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında olan imzaların, GRX seriyalı 580629, 580634, 580907 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında olan imzaların ona məxsus olmaması ekspert rəyi ilə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatında bildirdi ki, həqiqətən də İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satıcı kimi işə qəbul olunmuşdur. Bundan başqa 13 iyul 2020-ci il tarixdə İddiaçı MMC və Cavabdeh arasında tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə bağlanılmışdır. Həmin tarixli təhviltəslim aktına əsasən gübrə satışının təşkili üçün "xxxx" ASC-dən alınmış Verifone 990X markalı, seriya nömrəsi V1E0207991 İD-si R1180836 olan POS terminal satıcı Cavabdeh təhvil verilmişdir. Bundan sonra Cavabdeh İddiaçı MMC ilə heç bir münasibətdə olmamış, iş görməmiş və xidmət göstərməmişdir. İddia ərizəsinə əlavə olunmuş 13 iyul 2020-ci il tarixli əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə və malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası saxtalışdırılaraq məhkəməyə təqdim edilmişdir. Həmin 13 iyul 2020-ci il tarixli əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə və malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasındakı imzalar, sənədlərdə göstərilən İddiaçı MMC-nin direktoru X4 məxsus deyil və onun tərəfindən icra olunmayıb. Cavabdeh özü də bildirmişdir ki, 13 iyul 2020-ci il tarixli əmək müqaviləsini və tam maddi məsuliyyət haqqında 36 nömrəli müqaviləni ona tanımadığı bir sürücü gətirmiş, o, da əmək haqqı almaq üçün həmin sənədləri imzalamışdır. Lakin həmin sənədləri imzaladıqdan sonra İddiaçı MMC ilə heç bir əlaqədə və münasibətdə olmamış, iş görməmiş və heç bir xidmət göstərməmişdir. Həmçinin şirkətdən əmək haqqına görə pul almamış və bu baxımdan da heç bir əmlakın təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturasına imza etməmişdir. Odur ki, qeyd olunanlara əsasən İddiaçı MMC tərəfindən sübut kimi məhkəməyə təqdim olunmuş 13 iyul 2020-ci il tarixli əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə və GRX 580625, 580629, 580633, 580634, 580638, 580907, 580924 və 580930 seriyalı malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturasındakı imzaların X4 aid olub-olmaması və onun tərəfindən icra olunub-olunmamasını müəyənləşdirmək üçün məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilmiş, nəticədə 13 iyul 2020-ci il tarixli əmək müqaviləsində olan imzaların, GRX seriyalı 580625, 580633 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturalarında olan imzaların, GRX seriyalı 580629, 580634, 580907 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında olan imzaların Cavabdeh məxsus olmaması ekspert rəyi ilə təsdiq edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmənin əvvəlki iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Cavabdeh onun doğma bacısı oğludur. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də satıcı kimi işə qəbul olunmuşdur. Cavabdeh işə düzəldiyi vaxtdan Nihadın Cəlilabad rayonunda olan işlərini o, icra etmişdir. Şəxsən Cavabdeh heç vaxt mal-material təhvil verilməmiş, onunla hər hansı hesablaşma aparılmamışdır. Bütün işləri, malların qəbulu, satışı, təhvil işlərini o, icra etmişdir. İmzalar nə ona, nə də ki, Cavabdeh aid deyil. O, nisyə satılmış 8000 manat dəyərində malların pulunun çox hissəsini qaytarmışdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-də satıcı kimi işə qəbul olunmuşdur. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli, 36 nömrəli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMCnin satıcısı vəzifəsinə təyin edildiyi gündən əmək münasibətləri prosesində “əmək müqaviləsi” üzrə öhdəlikləri yerinə yetirərkən ona etibar edilmiş maddi və mənəvi sərvətləri gələcəkdə qoruyub saxlamağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 15 iyul 2020-ci il tarixli GRX 580625 nömrəli, 18 iyul 2020-ci il tarixli GRX 580629 nömrəli, 25 iyul 2020-ci il tarixli GRX 580633 nömrəli, 29 iyul 2020-ci il tarixli GRX 580634 nömrəli, 11 noyabr 2020-ci il tarixli GRX 580638 nömrəli, 28 avqust 2020-ci il tarixli GRX 580907 nömrəli, 02 oktyabr 2020-ci il tarixli GRX 580924 nömrəli və 28 oktyabr 2020-ci il tarixli GRX 580930 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarından görünür ki, İddiaçı MMC tərəfindən satılması üçün nəzərdə tutulmuş Ammofos, AZOT-RUS və Nitrofosforkalium gübrələrini MMC-nin anbardarı Fuad Həsənov həmin MMC-nin satıcısı Cavabdeh təhvil verməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin direktoru A.Abasov, həmin MMC-nin mühasibi Z.Dərişov və həmin MMC-nin daxili auditi N.Abdullayev tərəfindən tərtib və icra edilmiş cədvəldən görünür ki, gübrə satıcısı Cavabdeh satdığı gübrənin dəyəri olan 79554,52 manat vəsaitin 79114,52 manat məbləği İddiaçı MMC-nin bank hesabına və xəzinəsinə ödəmiş, 440 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin direktoru A.Abasov, həmin MMC-nin mühasibi Z.Dərişov və həmin MMC-nin daxili auditi N.Abdullayev tərəfindən tərtib və icra edilmiş təhvil qiymətləri ilə üzləşdirmə cədvəlindən görünür ki, gübrə satıcısı Cavabdeh işlədiyi dövr ərzində anbardan 103589 manat dəyərində gübrə qəbul etmiş, 80734 manat dəyərində satış həyata keçirmiş, 18005 manat borcu qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş 16 fevral 2023-cü il tarixli, 07/2023 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də satıcı vəzifəsinə təyin olunmasına baxmayaraq, 2020-ci ilin iyul ayından xəbərdarlıq məktubu göndərilənədək işə çıxmadığından, işə çıxmamağının səbəblərinin üzürlü hesab edilməsi üçün müvafiq sənədləri İddiaçı MMC-yə göndərilməsi barədə xəbərdarlıq olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli, 3-16-16/4-4/1183 nömrəli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş, 2(073)-171/2023 nömrəli mülki işdə İddiaçı MMC ilə Cavabdeh arasında olan 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinin kserosurətinin 2-ci hissəsinin arxa hissəsində “11.Tərəflərin imzaları və ünvanları” bölməsində “X1” yazılarından aşağıda “İmzası” qrafasında əks olunan imza - X5 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(073)-171/2023 nömrəli mülki işdə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli, 36 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin 2-ci vərəqəsinin kserosurətində “Tərəflərin ünvanları və imzaları” bölməsində “İşçi Cavabdeh (imza)” qrafasında əks olunan imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(073)-171/2023 nömrəli mülki işdə İddiaçı MMC ilə Cavabdeh arasında olan 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinin kserosurətinin 2-ci hissəsinin arxa hissəsində “11.Tərəflərin imzaları və ünvanları” bölməsində “Cavabdeh” yazılarından aşağıda “İmzası” qrafasında əks olunan imza, GRX seriyalı 580625, 580633 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturalarında “Təhvil verdim” qrafalarında olan imzalar, GRX seriyalı 580629, 580634, 580907 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında “Təhvil verdim” və “Təhvil aldım” qrafalarında olan imzalar - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(073)-171/2023 nömrəli mülki işdə olan GRX seriyalı 580625, 580629, 580633, 580634, 580907 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında “Rəhbər” qrafalarında olan imzalar - X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(073)-171/2023 nömrəli mülki işdə olan GRX seriyalı 580638, 580924, 580930 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturaların surətlərində “Təhvil aldım” qrafalarında əks olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmadığını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC-də satıcı kimi işə qəbul olunmuşdur. Müqavilənin şərtlərinə əsasən işəgötürən İddiaçı MMC özünə məxsus gübrələri satılması üçün Cavabdeh təhvil verməli, cavabdeh isə həmin malları qəbul edib satışını həyata keçirdikdən sonra dəyərini işəgötürənə ödəməlidir. 13 iyul 2020-ci il tarixdə ROOT-TRADE” MMC və Cavabdeh arasında tam maddi məsuliyyət haqqında 36 nömrəli müqavilə bağlanılmışdır. Həmçinin mülki işə 15 iyul 2020-ci il tarixli GRX 580625 nömrəli, 18 iyul 2020-ci il tarixli GRX 580629 nömrəli, 25 iyul 2020-ci il tarixli GRX 580633 nömrəli, 29 iyul 2020-ci il tarixli GRX 580634 nömrəli, 11 noyabr 2020-ci il tarixli GRX 580638 nömrəli, 28 avqust 2020-ci il tarixli GRX 580907 nömrəli, 02 oktyabr 2020-ci il tarixli GRX 580924 nömrəli və 28 oktyabr 2020-ci il tarixli GRX 580930 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında Cavabdeh adı qeyd edilmiş və təhvil aldım qrafasında imza icra edilmiş qaimə-fakturaları əlavə edilmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası ilə müəyyən edilmişdir ki, 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinin 2-ci hissəsinin arxa hissəsində “11.Tərəflərin imzaları və ünvanları” bölməsində “Cavabdeh” yazılarından aşağıda “İmzası” qrafasında əks olunan imzalar, GRX seriyalı 580625, 580633 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında “Təhvil verdim” qrafalarında olan imzalar, GRX seriyalı 580629, 580634, 580907 nömrəli malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturalarında “Təhvil aldım” qrafalarında olan imzalar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 16 fevral 2023-cü il tarixli, 07/2023 saylı məktubdan görünür ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı 13 iyul 2020-ci il tarixli əmək müqaviləsinin şərtlərini pozaraq 2020-ci ilin iyul ayından işə çıxmadığına görə barəsində Əmək Məcəlləsinə müvafiq tədbir görüləcəyi ilə bağlı xəbərdar edilmişdir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş üzləşmə, audit yoxlaması aktlarında qeyd olunan rəqəmlərin hansı sənəd və araşdırma əsasında qeyd olunduğu iddiaçı tərəfindən izah edilə bilmədi. Belə ki, iddia ərizəsində 30082 manat tələb edilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında borcun 17922 manat, üzləşmə aktında 18004,5 manat olmasını, hazırda isə həmin məhsulların dəyərinin artaraq 30082 manat olmasını bildirmişdir. Göründüyü kimi məhkəmə iclasında tərəflərin izahatları, iş materiallarında olan sənədlər və iş üzrə aparılmış məhkəmə xətşünaslıq ekspertizasının müvafiq rəyi ilə İddiaçı MMC-nin tələbi öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə heab edir ki, İddiaçı Cavabdeh 296 kq Ammofos, 3 kq AZOT-RUS, 104 kq Nitrofosforkalium gübrələrinin və yaxud həmin malların hazırki bazar dəyəri üzrə 30.082 manat pul məbləğinin qaytarılması, malın satışından əldə olunmuş qalıq 440 manat və mediasiya rüsumunun əvəzi qismində 50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbində haqlı deyildir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 296 kq Ammofos, 3 kq AZOT-RUS, 104 kq Nitrofosforkalium gübrələrinin və yaxud həmin malların hazırki bazar dəyəri üzrə 30.082 manat pul məbləğinin qaytarılması, malın satışından əldə olunmuş qalıq 440 manat və mediasiya rüsumunun əvəzi qismində 50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasına görə İddiaçı MMC-dən 126 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. İş üzrə İddiaçı MMC tərəfindən ödənilmiş 135 manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh 296 kq Ammofos, 3 kq AZOT-RUS, 104 kq Nitrofosforkalium gübrələrinin və yaxud həmin malların hazırki bazar dəyəri üzrə 30.082 manat pul məbləğinin qaytarılması, malın satışından əldə olunmuş qalıq 440 manat və mediasiya rüsumunun əvəzi qismində 50 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasına görə İddiaçı MMC-dən 126 (bir yüz iyirmi altı) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 135 (bir yüz otuz beş) manat dövlət rüsumu İddiaçı MMC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-171/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-171/2023
26.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver