Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1716/2025 11.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nın 30 may 2019-cu il tarixdə Cəlilabad rayonu Şötüklü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxxxxxx 1948-ci il tarixdə Cəlilabad rayonu Şötüklü kəndində doğulmuşdur. Cəlilabad rayonu Şötüklü kənd sakini X6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə evliliklərindən 4 qız 2 oğul uşaqları doğulmuşdur. X3 30 may 2019-cu ildə xərçəng xəstəliyindən vəfat etmişdir. Qızı rəhmətə gedəndə başları yas mərasiminə qarışdığından həm də ölüm haqqında şəhadətnamə lazım olmadığından mərhum qızına ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda onun və ailə üzvlərinin adına dövlət aktı var və həmin torpaq sahəsinin satılması üçün mərhum qızının ölüm haqqında şəhadətnaməsi lazımdır. Buna görə o, mərhum qızı Sevil Mirişovanın ölüm haqqında akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndə ona mərhum qızının ölümünü qeydə almaq üçün həkim arayışının olmasını bildirmişlər. Həkim arayışı olmadığından qızının ölüm faktının müəyyən edilməsi üçün hazırki, ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 izahatında bildirdi ki, Ərizəçi onunla həmkəndli olmaqla qonşuluqda yaşayırlar. X1 isə Ərizəçi qızıdır. Sevil Mirişova 10 iyun 1973-cü ildə Cəlilabad rayonu Şötüklü kəndində doğulmuşdur. 30 may 2019-cu ildə isə xəstəlik səbəbindən Cəlilabad rayonu Şötüklü kəndində vəfat etmiş və Şötüklü kənd məzarlığında dəfn edilmişdir. Həmkəndli kimi mərhumun yas mərasimində iştirak etmişdir. O, X5 30 may 2019-cu ildə Cəlilabad rayonu Şötüklü kəndində vəfat etməsini təsdiq edir. İş materiallarında olan İİ-JQ 263349 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 10 iyun 1973-cü il tarixdə Şötüklü kəndində doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Cəlilabad rayonu Boyxanlı kənd İƏDÜ nümayəndəliyindən verilmiş 17 aprel 2025-ci il tarixli arayışdan görünür ki, 10 iyun 1973-cü il təvəllüdlü X7 30 may 2019-cu ildə vəfat etmiş və Cəlilabad rayonu Şötüklü kənd məzarlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cəlilabad rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 18 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 10 iyun 1973-cü il təvəllüdlü X4 ölümü ilə əlaqədar Cəlilabad RMX PHŞ-də hər hansı qeydiyyat aparılmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X7 30 may 2019-cu ildə vəfat etmişdir və məzarına başdaşı qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X3 30 may 2019-cu il tarixdə Cəlilabad rayonu Şötüklü kəndində vəfat etmiş və vəfatından sonra Şötüklü kənd məzarlığında dəfn edilmişdir. Sonradan ərizəçi qızı Sevil Mirişovanın ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qızına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X4 30 may 2019-cu il tarixdə Cəlilabad rayonu Şötüklü kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 10 iyun 1973-cü ildə doğulmuş X4 30 may 2019-cu il tarixdə Cəlilabad rayonu Şötüklü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1716/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1716/2025
11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver