Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-175/2023 12.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri X2 14 fevral 2013-cü il tarixdə Cəlilabad rayonu Qarağac kəndində ölməsi faktnın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, mərhum X3 ilə 09 may 1988-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra Cəlilabad şəhərinə gəlin köçərək uzun müddət orada yaşayıb. Mərhum əri X3 23 may 1965-ci ildə Qarağac kəndində doğulmuşdur. Lakin 14 fevral 2013-cü il tarixdə xəstəlik nəticəsində vəfat etmiş və Qarağac kənd qəbristanlığında dəfn edilmişdir. Lakin həmin vaxt başları yas mərasiminə qarışıq olduğu üçün mərhum yoldaşına ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmişdir.Ona görə də ərinin ölüm akt qeydi aparılmamışdır. Hazırda bəzi sənədləşmələrin aparılması üçün mərhum ərinin ölümünü təsdiq edən ölüm haqqında şəhadətnaməsinin alınmasına ehtiyac vardır. O, bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsində ona bildirilmişdir ki, vaxtında Qeydiyyat şöbəsinə müraciət olunmadığı üçün ərinin ölüm akt qeydinin aparılması mümkün deyil. Əri mərhum Etibarın ölmünü həmin vaxt yas mərasimində iştirak edən şahidlərdə təsdiq edə bilərlər. Bundan başqa ərizəyə əlavə etdiyi rəsmi sənədlərdəndə görünür ki, həyat yoldaşı Etibar Tağıyev 14 fevral 2013cü il tarixdə vəfat etmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun əmisi qızıdır. Ərizəçi mərhum X3 ilə 1988-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Şəhlanın əri Etibar Tağıyev 14 fevral 2013-cü ildə vəfat etmişdir. Lakin həmin vaxt Ərizəçi ərinin ölüm aktı qeydinin aparılması üçün Qeydiyyat orqanına müraciət etməmişdir. Sonradan Ərizəçi vəfat etmiş əri Etibara ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Ərizəçi ilə qohumdur. Ərizəçi mərhum X3 ilə 1988-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Şəhlanın əri Etibar Tağıyev 14 fevral 2013-cü ildə vəfat etmişdir. Lakin həmin vaxt Ərizəçi ərinin ölüm aktı qeydinin aparılması üçün Qeydiyyat orqanına müraciət etməmişdir. Bir neçə ay bundan əvvəl Ərizəçi vəfat etmiş əri Etibara ölüm haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Hamarqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, 976 nömrəli arayışdan görünür ki, 23 may 1965-ci il təvəllüdlü X3 14 fevral 2013-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir və mərhum Cəlilabad rayonu Qarağac kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan “Nikahın bağlanması haqqında şəhadətnamə”-nin surətindən görünür ki, X6 və X3 09 may 1998-ci ildə nikahlarını rəsmiləşdirmişdirlər. Nikahdan sonra X9 soyadını daşımağa başalmışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 ölüm aktı Maraqlı şəxsndə aşkar edilməmişdir. Mərhumun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə ölümün qeydə alınması mümkün deyildir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi X3 ilə faktiki evlənərək, nikahlarını xx.xx.1998-ci ildə rəsmiləşdirmişlər. Ərizəçinin arvadı Rəna Niftiyeva 29 oktyabr 2000-ci ildə ölmüşdür. Ərizəçi ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş ərinə ölüm haqqında şəhadətnamələrin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X2 14 fevral 2013-cü ildə ölməsi Cəlilabad rayonu Qarağac kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi əri X2 14 fevral 2013-cü ildə ölməsi Cəlilabad rayonu Qarağac kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-175/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-175/2023
12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver