Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1751/2024 12.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 12 iyul 2024cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum X1nın 09 iyun 2000-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, mərhum atası X4 18 iyun 2023-cü il tarixdə, X1 isə 09 iyun 2000-ci il tarixdə vəfat etmişdir. Atasına ölüm haqqında şəhadətnamə alsalar da, lakin anasının ölüm faktı qeydi aparılmadığından ona şəhadətnamə ala bilməmişlər. Anası öləndən sonra Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Lakin həmin vaxt yas mərasimi ilə məşğul olduqlarından anasının ölüm aktının qeydi aparılması üçün müvafiq orqana müraciət etməmişlər. Ölüm haqqında şəhadətnamənin olmaması bəzi sənədləşmə işlərinin aparılmasında çətinlik yaradır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsindən ona bildirmişlər ki, vaxtında Qeydiyyat şöbəsinə müraciət edilmədiyi üçün anasının ölüm akt qeydinin aparılması həmin orqanda mümkün deyil. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Anasının ölümünü həmin vaxt yas mərasimində iştirak edən şahidlər də təsdiq edə bilərlər. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı, mərhum X3 isə onun anasıdır. X1 09 iyun 2000-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir. Anası öləndən sonra Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Lakin həmin vaxt yas mərasimi ilə məşğul olduqları üçün anasının ölüm faktı qeydi aparılmadığından ona şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun bacısı, mərhum X3 isə onun anasıdır. X1 09 iyun 2000-ci il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir. Anası öləndən sonra Cəlilabad şəhər qəbristanlığında dəfn edilmişdir. Lakin həmin vaxt yas mərasimi ilə məşğul olduqları üçün anasının ölüm faktı qeydi aparılmadığından ona şəhadətnamə ala bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X-JQ № 576791 nömrəli pasportun surətindən görünür ki, X3 10 noyabr 1957-ci il tarixdə Cəlilabad rayonu Ocaqlı kəndində doğulmuşdur. İş materiallarında olan İİ-JQ №418428 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamənin” surətindən görünür ki, X4 ilə X3 arasında 6 may 1981-ci il tarixdə nikah bağlanaraq, 53 nömrə ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan məzar daşının fotoşəkillərindən görünür ki, X3 1957-ci ildə doğulmuş, 9 iyun 2000-ci ildə tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi verilmiş məktubdan görünür ki, Qeydiyyat şöbəsində X2 ölümü haqqında akt qeydi aşkar edilməmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 10 noyabr 1957-ci il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində doğulmuş X2 09 iyun 2000-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 noyabr 1957-ci il tarixdə Cəlilabad rayonu Ocağlı kəndində doğulmuş X2 09 iyun 2000-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1751/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1751/2024
12.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver