Məhkəmə qərarları › İş №2(073)-1762/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1762/2025

11.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1762/2025 11.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 19 mart 2025-ci il tarixdə Cəlilabad rayonu, Gülməmmədli kəndində ölməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən ərizəçinin mərhum oğlu X4 xx.xx.1997-ci il tarixdə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuşdur. Mərhum oğlu hərbi xidmətdə gecə növbəsində olarkən qorxu keçirmiş və buna görə hərbi xidmət müddətində problemlər yaşamışdır. Bundan sonra orada aldığı travmadan nevroloji problemlərə görə mütəmadi müalicələr almışdır. Lakin bir müddət sonra müalicələrini davam etdirmədiyi üçün vəziyyəti pisləşməyə başladı. O, ata olaraq övladının bu vəziyyətinə görə narahat olub onu Lənkəran şəhər Psixiatriya Xəstəxanasına aparıb 1 ay stasionar müalicə etdirmişdir. Lakin müalicədən sonra bir müddət yaxşı olsa belə dərmanlarını vaxtaşırı qəbul etmədiyindən nevroloji problemlər səbəbindən xx.xx.2025-ci il tarixdə gecə yarı yolda yerləşən qarağac ağacından özünü asraq intihar etmişdir. Bu barədə Cəlilabad rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərarında da öz əksini tapmışdır. Ölümündən sonra ailənin başı yas mərasiminə qarışdığı üçün ölüm şəhadətnaməsi almaq üçün tərəflərindən heç bir orqana müraciət olunmamışdır. Hazırda oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, dəfn üçün müavinətin alınması üçün faktın müəyyən edilməsini xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun əridir. X4 onun (şahidin) oğlu olmuşdur. Oğlu xx.xx.2025-ci il tarixdə özünü asaraq intihar etmişdir. Həmin vaxt başları yas mərasiminə qarışdığı üçün ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər. Oğlunda psixoloji-nevroloji xəstəliklər var idi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Qardaşının oğlu X4 özünü asaraq intihar etmişdir. Əsgərlikdə olan zaman psixoloji sarsıntı keçirmişdir, sonradan da nevroloji problemlər qalmaqda davam etmişdir. İşdə olan Cəlilbad rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 37-C-25 saylı “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Cəlilabad rayonunun Gülməmmədli kəndində özünü asaraq intihar etmişdir, əməldə hər hansı cinayət əlaməti aşkar edilməmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X2 ölüm tarixi xx.xx.2025-ci il kimi göstərilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1997-ci il tarixdə anadan olmuş X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənələr olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Tibbi Ərazi Bölmələrinin X3 X5 rayon X1 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümü ilə bağlı Cəlilabad RMX-da heç bir məlumat aşkarlanmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu X4 xx.xx.2025-ci il tarixdə özünü asaraq intihar etmişdir. Həmin vaxt ərizəçi oğlunun ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Hazırda ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənələr olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə müəyyən sənədləşmə işlərinin aparılması, habelə dəfn üçün müavinətin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 106, 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1997-ci ildə doğulmuş X2 xx.xx.2025-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar