Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1767/2023 27.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun uşaqları xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 noyabr 2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun (iddiaçının) mülkiyyətində olan Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0,13 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaqla ona (iddiaçıya) təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəm Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Günəşli kəndində yaşayır. Yaşadığı evdən başqa kənddə 1995-ci ildə əlavə olaraq 0,13 ha həyətyanı torpaq sahəsi almış və həmin torpaq sahəsi üzərində 1998-ci ildə ev inşa etdirmişdir. Qızı Maynisənin ev şəraiti pis olduğu üçün 2005-ci ildə həmin evi qızına ailəsi ilə birlikdə müvəqqəti yaşamaq üçün vermiş ıə X26 əri Sucəddin Bağırov ilə birlikdə ona (iddiaçıya) məxsus olan həmin evdə yaşamağa başlamışdır. X26 özünə məxsus olan əmlakı, cehizi müvəqqəti yaşamaq üçün onlara verdiyi evə aparmışdır. Maynisə ağır xəstəliyə düçar olduğu üçün onu İran İsam Respublikasına müalicəyə aparmış, lakin həmin müalicənin nəticəsi olmamış və X26 17 iyul 2012-ci ildə İran İslam Respublikasında vəfat etmişdir. Maynisə vəfat etdikdən sonra qızının bütün əmlakı və cehizi həmin evdə qalmışdır. Maynisə vəfat etdikdən sonra cavabdeh X20 Arzu Malik qızı ilə evlənmiş, onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Gülnar, xx.xx.2018-ci il təvəllüdlü Qızqayıd və xx.xx.2019-cu il təvəllüdlü Canəli adlı uşaqları doğulmuşdur. O (iddiaçı) X12 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-18/2015 saylı qətnaməsi ilə cavabdeh X10 ona (iddiaçıya) məxsus Cəlilabad rayonu Günəşli kəndində 0,13 ha torpaq sahəsinda yerləşən 31,3 kv.m ümumi sahəsi olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Həmin qətnamədə cavabdeh və azyaşlı uşaqlarının adları qeyd olunmadığından onlar həmin evdə yaşamaqda davam edirlər. Cavabdehdən dəfələrlə onun (iddiaçının) mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 noyabr 2013-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0,13 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 31,3 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-18/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə cavabdeh X10 iddiaçıya məxsus Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0,13 ha torpaq sahəsinda yerləşən ümumi sahəsi 31,3 kv.m olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 17 iyul 2012-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X16 ilə X22 xx.xx.2014-cü ildə nikahlarını bağlamışlar və nikahdan sonra arvada Bağırova soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X13 xx.xx.2014-cü ildə doğulmuşdur, atası X16, anası Cavabdehdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 xx.xx.2018-ci ildə doğulmuşdur, atası X16, anası Cavabdehdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 xx.xx.2019-cu ildə doğulmuşdur, atası X16, anası Cavabdehdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X11 X4 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının qızı X6 öldükdən sonra X1 Arzu Malik qızı ilə rəsmi nikah qeyd etdirməklə evlənmiş və cavabdeh iddiaçının mülkiyyətində olan Cəlilabad rayonunun Günəşli kəndində yerləşən 0.13 ha torpaq sahəsində inşa etdirilmiş 31.3 kv.metr ümumi sahədən ibarət olan 1 mərtəbəli 1 otaqlı fərdi yaşayış evinə köçərək, orada yaşamağa başlamışdır. X16 ilə Cavabdeh birgə nikahlarından Gülnar, Qızqayıd və Canəli adlı uşaqları doğulmuşdur. İddiaçı X12 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(073)-18/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək, X10 iddiaçıya məxsus Cəlilabad rayonu Günəşli kəndində yerləşən 0,13 ha torpaq sahəsinda yerləşən ümumi sahəsi 31,3 kv.m olan 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Buna baxmayaraq, X10 ailə üzvləri, yəni arvadı Cavabdeh və onların birgə nikahlarından doğulmuş X13, X8 və X16 iddiaçının mülkiyyətində olan həmin fərdi yaşayış evində yaşamaqda davam edirlər. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaqdan imtina etmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmaqdan imtina etməsi əsaslı sayıla bilməz və iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X13, xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X15 ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 05 noyabr 2013-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Cəlilabad rayonunun Günəşli kəndində yerləşən 0,13 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 31.3 kı.metr ümumi sahədən ibarət 1 mərtəbəli, 1 otaqlı fərdi yaşayış evindən çıxarılsınlar və həmin torpaq sahəsi və fərdi yaşayış evin İddiaçı təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1767/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1767/2023
27.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver