Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-177/2023 28.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı cavabdehlərin uşaqları və cehiz əşyaları ilə birlikdə evdən çıxarılması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 uşaqları və cehiz əşyaları ilə birlikdə ona məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və X4 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini əsaslandıraraq verdiyi izahatında bildirdi ki, İddiaçı uzun illərdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Həmin fərdi yaşayış evi 29 noyabr 2000-ci ildə Cəlilabad DTİ və MHQİ-nin mənzil fondunun özəlləşdirilməsi komissiyasının 29 noyabr 2000-ci il tarixli 12 saylı qərarı ilə 5/329A nömrəli qeydiyyat şəhadətnaməsi ilə iddiaçının mülkiyyətinə verilmişdir. Lakin mülkiyyətində olan həmin yaşayış evi uzun zaman öncə inşa edildiyindən köhnəlmiş və əsaslı təmir olunmadığından yararsız hala düşmüşdür. Bundan sonra iddiaçı özünə məxsus həyətyanı torpaq sahəsində yeni evin tikintisi üçün aidiyyatı orqanlara müraciət etdikdən sonra, öz şəxsi vəsaiti hesabına yeni layihəyə uyğun bir mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. İddiaçının oğlu Cavabdeh1 iş üzrə digər cavbdeh X4 ilə 2006-cı ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. İddiaçı cavabdehlərin toy məclisini keçirdikdən sonra cavabdehlər iddiaçıya məxsus köhnə evə köçərək iddiaçı ilə birlikdə yaşamışlar. Sonradan cavabdehlərin arasında mütamadi olaraq yaranan ailə münaqişələri iddiaçını və onun digər ailə üzvlərini narahat etdiyindən, iddiaçı cavabdehlərin özlərinə ev tapana kimi müvəqqəti yaşamaları üçün iddiaçının öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi təzə evdə yaşamalarına şərait yaratmışdır. Sonradan cavabdehlər nikah qeydinin pozulması və aliment tələbinə dair mülki mübahisə ilə bağlı məhkəməyə müraciət etmişlər. Hazırda cavabdehlər ər-arvad kimi yaşamırlar. Lakin buna baxmayaraq cavabdehlər Cavabdeh1 və X4 cehiz əşyaları ilə birlikdə İddiaçı şəxsi mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. İddiaçı dəfələrlə cavabdehlərə ona məxsus evi tərk etmələri barədə şifahi xəbərdarlıqlar etməsinə baxmayaraq, cavabdehlər iddiaçının tələblərinə əhəmiyyət verməyərək evi tərk etməmişlər. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və X1 uşaqları və cehiz əşyaları ilə birlikdə iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evindən və həyətyanı sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 5/329ö reyestr nömrəli, 4464ö inventar nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 3 otaqlı, divarları mişar daşından hörülmüş, dam örtüyü şiferlə örtülmüş, ümumi sahəsi 54,4 kv.m., yaşayış sahəsi 38,8 kv.m. olan yaşayış evi Cəlilabad rayon DTİ və MHQİ-nin Mənzil Fondunun Özəlləşdirilməsi Komissiyasınınn 12 saylı, 29 noyabr 2000-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş **********47 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,1598 ha yaşayış təyinatlı torpaq sahəsi 02 dekabr 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 və X4 nikahlarını 20 oktyabr 2006-cı il tarixdə Cəlilabad rayon Qeydiyyat şöbəsinə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 384 saylı qeydiyyat aparılaraq, arvada Bağırova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iş üzrə Cavabdeh1 X4 ilə 2006-cı ildə nikaha girməklə ailə həyatı qurmuşlar. Cavabdehlər ailə qurduqdan sonra İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə köçərək orada yaşamışlar. Daha sonra iddiaçı cavabdehlərin müvəqqəti yaşamaları üçün iddiaçı tərəfindən yeni inşa edilmiş ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçürülmələrinə şərait yaratmışdır. Cavabdehlərə məxsus cehiz əşyaları həmin evə yığılmış və cavabdehlər hazırda da həmin evdə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X5 X3 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. Qeyd edilən maddi hüquq normaları baxımından məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olduğu yaşayış evindən və qeyri-yaşayış sahəsindən maneəsiz istifadə edilməsinin təmin edilməsi və kənar şəxslərin ona mənsub əmlakdan sahiblik etməyinə son qoyulmasına dair tələbində tamamilə haqlıdır. Belə ki, cavabdehlərin uşaqları ilə birlikdə yaşadıqları və onlara məxsus cehiz əşyalarının yerləşdiyi fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və İddiaçı öz mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlərin başqasının mülkiyyətində olan evdə yaşamaları və onlara məxsus əmlakın başqasının mülkiyyətində olan evdə saxlanılması əsaslı sayıla bilməz. Çünki, istənilən hər bir halda cavabdehlərin həmin evdə yaşamaları və onlara məxsus əmlakın həmin evdə yerləşməsi, mülkiyyətçinin cavabdehlərin yaşadıqları və əmlakın saxlandığı yaşayış sahəsindən istifadəsi baxımından onun hüquqlarını məhdudlaşdırır. Bu nöqteyi-nəzərdən məhkəmə qeyd edir ki, cavabdehlərin tələb olunan evdən çıxmaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilməsi cavabdehlər Cavabdeh1 və X4 çatışmayan digər cehiz əmlakı, qızıl-zinət əşyaları və digər əmlaklar barədə gələcəkdə ayrıca iddia qaldırmaq hüququndan məhrum etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1 və X4 uşaqları və əşyaları ilə birlikdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçının nümayəndəsi ərizə verərək ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X4 uşaqları və əşyaları ilə birlikdə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən bir mərtəbəli fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılsınlar. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-177/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-177/2023
28.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver