Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1771/2023 03.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 18 oktyabr 2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 18 oktyabr 2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Aşağı Daşarx kəndində anadan oluşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, Azərbaycan Turizim və Menecment Universitetini bitirmiş. Universiteti bitirdikdən sonra bu yaxınlarda işlə təmin olunması üçün yaşadığı ərazi üzrə məşğulluq idarəsinə müraciət etmişdir. Həmin vaxt ona bildirmişlər ki, o, hal-hazırda işləyir. Bundan sonra araşdırmış və görmüş ki, güya o, 18 yanvar 2018-ci il tarixdən Cavabdehndə sürücü işləyir və aylıq əmək haqqı 720 manatdır. O, 2018-ci ildə Universitetdə təhsil alırmışdır. Cavabdehnə heç vaxt işə qəbulla bağlı ərizə və ya CV verməmiş və heç bir əmək müqaviləsi də imzalamamışdır. Ümumiyyətlə onun 18 yanvar 2018-ci il tarixdə avtomobli idarə etmək hüququ olmamış, sürücülük vəsiqəsini 20 dekabr 2018-ci il tarixdə almışdır. O, FAMA” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərini axtarsa da tapa bilməmiş ki, heç olmasa onu işdən çıxarıb adını portalda silsinlər. Sonda Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, bununla bağlı Mediasiya Şurasına müraciət etmiş və ilkin mediasiaya sessiyasında keçmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh ilə bağlanmış 18 oktyabr 2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Sosial arayışda qeyd olunan Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.1996-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Aşağı Daşarx kəndində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, X1 küçəsi, ev 06, mənzil 07 ünvanında yaşayır və Cavabdehndə sürücü kimi işləməklə, 18 oktyabr 2018-ci il tarixdə ona 720 manat əmək haqqı hesablanmışdır. İşdə olan AE seriyalı 043605 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə 10 il müddətinə, yəni xx.xx.2028-ci il tarixədək “BC” dərəcəli sürücülük hüququna yiyələnmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı işə qəbul edilmiş, lakin İddiaçı işə qəbul olunması barədə ərizə verməmiş və işə qəbul olunması barədə məlumatı yalnız yaxın vaxtlarda işlə təmin olunması üçün yaşadığı ərazi üzrə Məşğulluq idarəsinə müraciət etdiyi zaman bilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 42-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarından da göründüyü kimi İddiaçı xx.xx.2018-ci il tarixdə “BC” dərəcəli sürücülük hüququna yiyələndiyi halda, onun Cavabdeh ilə 18 oktyabr 2018-ci il tarixdə, xxxxxxx000100 nömrəli əmək müqaviləsinə əsasən sürücü kimi işə qəbul edilməsi əsassız olmuşdur. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddələri tələbləri pozulmuşdur. Ona görə də Cavabdeh 18 oktyabr 2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 oktyabr 2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi etibarsız hesab edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 18 oktyabr 2018-ci il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1771/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1771/2023
03.10.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver