Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1794/2025 09.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 9 iyul 2025-ci il tarixdə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum anası X2 29 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, mərhum anası X3 04 fevral 1972-ci ildə Masallı rayonu Gəyəçöl kəndində doğulmuş, lakin 29 yanvar 2025-ci il tarixdə tutulduğu xəstəlik səbəbindən Bakı şəhərində vəfat etmişdir. Mərhum Masallı rayonu Gəyəçöl kəndində dəfn edilmişdir. Lakin həmin vaxt yas mərasimi ilə məşğul olduqları üçün mərhum anasının ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət etməmişlər. Ona görə də mərhumun ölüm akt qeydi aparılmamışdır. Hazırda bəzi sənədləşmələrin aparılması üçün mərhum anasının ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. O, bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin Qeydiyyat Şöbəsində aparılmasının mümkün olmadığı bildirilmişdir. Mərhum anasının 29 yanvar 2025-ci il tarixdə ölməsi faktı Cəlilabad şəhər bələdiyyəsi tərəfindən verilmiş arayışla da təsdiq olunur. Bundan əlavə mərhum anasının yas mərasimində iştirak edən şahidlər də həmin faktı təsdiq edə bilərlər. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı qızıdır. X1 isə qardaşının yoldaşı olmuşdur. X3 onkoloji xəstə olmuş, Bakı şəhərində vəfat etmiş və Masallı rayonu Gəyəçöl kəndində dəfn edilmişdir. Mərhumun dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun bacısıdır. Onlar ailədə 3 uşaqdır. Mərhum anası onkoloji xəstə olmuş, 29 yanvar 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Masallı rayonu Gəyəçöl kəndində dəfn edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 04 fevral 1972-ci ildə doğulmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X2 ölümü ilə bağlı Cəlilabad RMX-da heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, X2 ölümü haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə ölümün qeydə alınması mümkün deyildir. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Cəlilabad Bələdiyyəsi tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli arayışdan görünür ki, X3 29 yanvar 2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 04 fevral 1972-ci il tarixdə Masallı rayonu Gəyəçöl kəndində doğulmuş X2 29 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 04 fevral 1972-ci il tarixdə Masallı rayonu Gəyəçöl kəndində doğulmuş X2 29 yanvar 2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1794/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1794/2025
09.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver