Məhkəmə qərarları › İş №2(073)-18/2023

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-18/2023

06.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-18/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon Şabanlı bələdiyyəsi tərəfindən rəsmi müqavilə əsasında ona 20 illiyinə icarəyə verilmiş Cəlilabad rayon İnili kəndində yerləşən 0,20 pay torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona qaytarılması, kəndlə əkin sahəni birləşdirən ümumi gediş-gəliş yolunun açılması və mülkiyyətdə olan torpaq sahəsinə dair cavabdeh tərəfindən edilən maenənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavbadeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Şabanlı bələdiyyəsi tərəfindən rəsmi müqavilə əsasında ona 20 illiyinə icarəyə verilmiş Cəlilabad rayon İnili kəndində yerləşən 0,20 pay torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona qaytarılması, kəndlə əkin sahəni birləşdirən ümumi gediş-gəliş yolunun açılması və mülkiyyətdə olan torpaq sahəsinə dair cavabdeh tərəfindən edilən maenənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 06 oktyabr 2023-cü il tarixə saat 12:05-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməmə iclasına gəlmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon Şabanlı bələdiyyəsi tərəfindən rəsmi müqavilə əsasında ona 20 illiyinə icarəyə verilmiş Cəlilabad rayon İnili kəndində yerləşən 0,20 pay torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq ona qaytarılması, kəndlə əkin sahəni birləşdirən ümumi gediş-gəliş yolunun açılması və mülkiyyətdə olan torpaq sahəsinə dair cavabdeh tərəfindən edilən maenənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar