Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-180/2023 03.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X10, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri X16 və X33, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, Cavabdeh24, Cavabdeh36, Cavabdeh40, Cavabdeh22, X38, Cavabdeh34 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X17, Cavabdeh2, Cavabdeh12, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23, Cavabdeh24, X5, X2, Cavabdeh26, Cavabdeh27, Cavabdeh28, Cavabdeh29, Cavabdeh30, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33, Cavabdeh34, Cavabdeh35, Cavabdeh36, Cavabdeh37, X6, X7, Cavabdeh40, Cavabdeh41, Cavabdeh42 qarşı xidməti mənzillərin şəxsi əşyaları ilə birlikdə boşaldılması və mənzillərin təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı xidməti mənzillərin boşaldılması və mənzillərin təhvil verilməsi tələbinə dair idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iddianın həcminin artırılmasına, dəqiqləşdirilməsinə və iddanın həcminin azaldılmasına dair ərizələr verərək, “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) qapalı şəhərciyində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X26 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 20, Cavabdeh2, Cavabdeh12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 29, Cavabdeh3 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 30, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onlarla birlikdə yaşayan Cavabdeh4 Dünyamal oğlunun yetkinlik yaşına çatmayan nəvələri X3 və X22 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 37, Cavabdeh13, Cavabdeh14 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 40, Cavabdeh15 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 48, Cavabdeh16, Cavabdeh17 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 1, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 onlarla birlikdə yaşayan Cavabdeh19 yetkinlik yaşına çatmayan nəvələri X23, X18 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 4, Cavabdeh22, Cavabdeh23, onlarla birlikdə yaşayan Cavabdeh22 yetkinlik yaşına çatmayan nəvəsi X34 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 8, Cavabdeh24, Cavabdeh25, X8 onlarla birlikdə yaşayan Cavabdeh24 yetkinlik yaşına çatmayan qızları X1 və X9 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 34, Cavabdeh26, Cavabdeh27, Əzimov Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 onlarla birlikdə yaşayan Cavabdeh26 yetkinlik yaşına çatmayan nəvələri X39 və X29 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 36, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33 onlarla birlikdə yaşayan Cavabdeh31 yetkinlik yaşına çatmayan oğlu X49 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 38, Cavabdeh34, Cavabdeh35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 27, Cavabdeh36, Cavabdeh37, X12, X13 onlarla birlikdə yaşayan Cavabdeh36 yetkinlik yaşına çatmayan qızları X19, X20 və yetkinlik yaşına çatmayan oğlu X27 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 49, Cavabdeh40 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 38, Cavabdeh41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 18, Cavabdeh42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 38 nömrəli xidməti mənzillərin şəxsi əşyaları ilə birlikdə boşaldılmasına və Dövlət Sərhəd Xidmətinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X45 iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissəsnin) qapalı hərbi şəhərciyində sabiq hərbi qulluqçular (mənzilləri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçular daxil olmaqla) və onların həmin mənzillərdə yaşayan ailə üzvləri tərəfindən xidməti mənzillərin uzun müddət ərzində təhvil verilməməsi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə yaradılmış komissiya tərkibində hərbi hissənin qapalı şəhərciyində olan xidməti mənzillərə hərbi hissəyə yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti mənzillərlə təmin olunması məqsədilə növbəti yoxlama keçirilmişdir. Yoxlama zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq hərbi qulluqçular tərəfindən giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan 4 xidməti mənzil müəyyən olunmuşdur. Faktla bağlı videoçəkiliş aparılaraq, akt tərtib olumuşdur. Daha sonra qapalı hərbi şəhərcikdə əlavə 14 xidməti mənzilin isə ehtiyata buraxılmış sabiq hərbi qulluqçular (vəfat etmiş hərbi qulluqçuların ailə üzvləri) tərəfindən hal-hazıradək təhvil verilməməsi və həmin mənzillərdə yaşayışın olması aşkar olunmuşdur. Hərbi hissənin rəhbərliyi və mənzil-məişət komissiyası tərəfindən mənzillərin təhvil verilməsi ilə əlaqədar sabiq hərbi qulluqçulara və onların ailə üzvlərinə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, o cümlədən qeyd olunan halın “Göytəpə” sərhəd dəstəsində hal-hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin yerləşdirilməsinə və mənzil-məişət şəraitinə mənfi təsir göstərməsinə dair izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu mənzillərin boşaldılması hər dəfə müxtəlif bəhanələr gətirərək mümkün olmamış və halhazıradək davam etməkdədir. Ümumilkdə təhvil verilməyən 18 xidməti mənzilin (onlardan 4-ü bağlı) hazırda yaşayan sakinləri hərbi hissənin inzibati binasına dəvət olunaraq, yazılı şəkildə xəbərdarlıq olunmuş və xidməti mənzillərin qısa müddət ərzində (yeddi gün) boşaldılması üçün vaxt verilmişdir. Eyni zamanda mənzilləri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçulara teleqram göndərilərək xəbərdar olunmuşdurlar. “Sərhəd mühafizə orqanları” haqqında AR Qanunun 38 və 39-cu maddələrinin tələbləri “Dövlət sərhəddinin bilavasitə mühafizəsi üzrə digər orqanlara təhkim edilmiş mənzil fondu xidməti hesab edilir, özəlləşdirilə və dəyişdirilə bilməz. Sərhəd mühafizə orqanları ilə əlaqəsini itirmiş şəxslər hərbi şəhərciklərdən, o cümlədən xidməti mənzillərdən müvafiq icra hakimiyyəti orqanının ( Dövlət Sərhəd Xidməti) tələbi əsasında köçürülür” həmin vətəndaşlara bir daha izah olunmuş, xidməti mənzillərin boşaldılması barədə qanunvericiliyin tələbləri şifahi və yazılı şəkildə çatdırılmışdır. Eyni zamanda “Hərbi qulluqçuların statusu haqqında” AR Qanunun 12-ci maddəsinə əsasən “Hərbi qulluqçuların mənzillə və ya yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması hüququ” barədə qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyəti orqanı və bələdiyyələrə müraciət etmələri barədə izahedici söhbətlər aparılmışdır. Giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan xidməti mənzillərə münasibətdə həmin mənzillərdə vaxtilə yaşamış sabiq hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanlara müvafiq teleqramlar göndərilərək, qısa müddət ərzində xidməti mənzilləri boşaltmaları barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda isə sabiq hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən xidməti mənzillərin təhvil verilməməsi hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçular və onların ailə üzvlərinin mənzillə təmin olunmamasına səbəb olur ki, nəticədə bu hal mənfi presedent yaradır. Analoji hal qapalı şəhərcikdə yaşayan digər sakinlərdə də müşahidə olunaraq, Dövlət Sərhəd Xidmətində xidmətkeçmənin xüsusatlarına öz mənfi təsirini göstərməkdədir. Qeyd olunan halların aradan qaldırılması və sabiq hərbi qulluqçular və onların ailə üzvlərinə Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin humanist addımlarının müsbət nəticə vermədiyini nəzərə alaraq, həmin xidməti mənzillərin boşaldılması və Dövlət Sərhəd Xidmətinə təhvil verilməsi məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X30 iddiaçının digər nümayəndəsi X33 izahatına uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, ehtiyatda olan hərbi qulluqçulardan bəzilərinə xidmət illərinə, bəzilərinə yaşa görə, bəzilərinə isə sağlamlıqlarına görə hərbi xidmətdən ehtiyyata buraxılmışlar. Onların bəziləri müharibə veteranıdır. Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissəsində xidmət etdiyi müddətdə həmin hərbi hissənin şəhərciyində ona (cavabdehə) xidməti mənzil verilmişdir. Ehtiyyata buraxıldıqdan sonra isə səlahiyyətli orqanlar tərəfindən mənzillə təmin edilmədyi üçün həmin hərbi şəhərcikdə olan xidməti mənzildə yaşamağa davam etmişlər. Qanunvericiliyə əsasən hərbi qulluqçular ehtiyyata buraxılmazdan öncə, yəni ehtiyyata buraxılmağına 3 ay qalmış müvafiq icra hakimiyyəti orqanına (rayon icra hakimiyyətinə) mənzillə və ya mənzil verilmədikdə Nazirlər Kabinetinin qərarına və Hərbi Qulluqçuların statusu haqqında qanuna uyğun olaraq kirayə pulu ilə təmin edilməli idilər. Lakin iddiaçı bununla bağlı hər hansı bir tədbir görməmiş, əksinə hərəkətsizlik göstərmidir. Qanuna əsasən bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yəni qanunvericiliyə əsasən ilk öncə təmin edilməli daha sonra xidməti mənzillər təhvil verilməlidir qeyd edilmişdir. DSX-nin Cəlilabad rayon Göytəpə şəhərində yerləşən N saylı hərbi hissə komandiri tərəfindən hazırda yaşadığı (cavabdehin) xidməti mənzilin boşaldılması və təhvil verilməsinin tələb edilməsi mövcud qanunvericiliyə ziddir. Bu da onun konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının kobud surətdə pozulmasıdır. İnsan hüquqlarının pozulması kobud pozuntu hesab edilir. Konstitusiya ilə nəzərdə tutulmuş hüquqlarının pozulması həm konstitusiyaya, həm mövcud qanunvericiliyə, həm də beynəlxalq qanunlara ziddir. Hazırda onun (cavabdehin) yaşayacaq başaq yeri yoxdur. Mənzil ilə təmin edildikdən sonra həmin xidməti mənzili təhvil verəcəkdir. O həmin xidməti mənzildən çıxması üçün müvəqqəti olaraq möhlət istəyir. Qeyd olunanlar aşağıdakı qanunlarda da açıq şəkildə qeyd olunuşdur. Belə ki, Azərbaycan Respublikasının konstitusiyasına əsəsn İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. AR Konstitusiyasına əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. İnsan ləyaqəti qorunun, ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hərbi qulluqçuların statusu haqqında qanuna əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın, buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. İstər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əkər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar.Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Yaşına, xəstəliyə görə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş üstünlük hüququna malikdirlər. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Gəmidə olan matroslardan və starşinalardan başqa, müddətli xidmət hərbi qulluqçuları Azərbaycan Respublikası Silahlı Qüvvələri nizamnamələrinin tələblərinə uyğun olaraq qışlaqlarda yerləşdirilir. Müddətli xidmət hərbi qulluqçularının hərbi xidmətə çağırılanadək yaşadıqları mənzil saxlanılır və onlar mənzil almaq üçün növbəyə dayananların siyahısından çıxarıla bilməzlər. Müddətli xidmət hərbi qulluqçularının ailəsi yaşadığı mənzilin haqqını 50 faiz güzəştlə ödəyir. Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh17, Cavabdeh18, Cavabdeh24, Cavabdeh36, Cavabdeh40, Cavabdeh22, X49, Cavabdeh34 Cavabdeh1 izahatına uyğun izahat verərək, iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh22, Cavabdeh24, Cavabdeh26, Cavabdeh31, Cavabdeh34, Cavabdeh36, Cavabdeh40 X4 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər. İşdə olan teleqramlardan görünür ki, Cavabdeh41 və Cavabdeh42 X4 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən xidməti mənzilləri qısa müddət ərzində təhvil vermələri barədə xəbərdar edilmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 4 mənzil 36 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyadda olan mayor Cavabdeh26 mənzilində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzilin giriş qapısının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçunun uzun müddət qeyd olunan mənzildə yaşamadığı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 3 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyadda olan mayor Cavabdeh40 mənzilində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzilin giriş qapısının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçunun uzun müddət qeyd olunan mənzildə yaşamadığı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 3 mənzil 18 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyadda olan mayor X21 mənzilində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzilin giriş qapısının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçunun uzun müddət qeyd olunan mənzildə yaşamadığı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) hərbi şəhərciyində yerləşən bina 2 mənzil 38 ünvanında yaşamış sabiq hərbi qulluqçu ehtiyadda olan mayor Cavabdeh42 mənzilində yaşayışın mövcudluğunun müəyyənləşdirilməsi məqsədilə aparılmış yoxlama zamanı mənzilin giriş qapısının bağlı olması və adı çəkilən sabiq hərbi qulluqçunun uzun müddət qeyd olunan mənzildə yaşamadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq munasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 6.0.1.-ci maddəsinə əsasən dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi mənzil qanunvericiliyinin tənzimlədiyi mənzil münasibətlərindəndir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 9.2.2.-ci maddəsinə əsasən mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması mənzil hüquqlarının müdafiəsi üsullarındandır və məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Hərbi Qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1ci maddəsinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 12-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissəsnin) qapalı hərbi şəhərciyində sabiq hərbi qulluqçular (mənzilləri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçular daxil olmaqla) və onların həmin mənzillərdə yaşayan ailə üzvləri tərəfindən xidməti mənzillərin uzun müddət ərzində təhvil verilməməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə yaradılmış komissiya tərkibində hərbi hissənin qapalı şəhərciyində olan xidməti mənzillərə hərbi hissəyə yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin xidməti mənzillərlə təmin olunması məqsədilə növbəti yoxlama keçirilmişdir. Yoxlama zamanı Silahlı Qüvvələrin ehtiyatına buraxılmış sabiq hərbi qulluqçular tərəfindən giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan 4 xidməti mənzil müəyyən olunmuşdur. Faktla bağlı müvafiq sənədləşmə işləri aparılmış və akt tərtib olumuşdur. Daha sonra qapalı hərbi şəhərcikdə əlavə 14 xidməti mənzilin isə ehtiyata buraxılmış sabiq hərbi qulluqçular (vəfat etmiş hərbi qulluqçuların ailə üzvləri) tərəfindən hal-hazıradək təhvil verilməməsi və həmin mənzillərdə yaşayışın olması aşkar olunmuşdur. Hərbi hissənin rəhbərliyi və mənzil-məişət komissiyası tərəfindən mənzillərin təhvil verilməsi ilə əlaqədar sabiq hərbi qulluqçulara və onların ailə üzvlərinə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, o cümlədən qeyd olunan halın “Göytəpə” sərhəd dəstəsində hal-hazırda xidmət edən və yeni təyin olunmuş hərbi qulluqçuların və onların ailə üzvlərinin yerləşdirilməsinə və mənzil-məişət şəraitinə mənfi təsir göstərməsinə dair izahedici söhbətlərin aparılmasına baxmayaraq, bu mənzillərin boşaldılması mümkün olmamış və hal-hazıradək davam etməkdədir. Ümumilkdə təhvil verilməyən 18 xidməti mənzilin (onlardan 4-ü bağlı) hazırda yaşayan sakinləri hərbi hissənin inzibati binasına dəvət olunaraq, yazılı şəkildə xəbərdarlıq olunmuş və xidməti mənzillərin qısa müddət ərzində (yeddi gün) boşaldılması üçün vaxt verilmişdir. Eyni zamanda mənzilləri qapalı şəraitdə saxlayıb başqa ünvanda yaşayan sabiq hərbi qulluqçulara teleqram göndərilərək xəbərdar olunmuşdurlar. Giriş qapısı bağlı və uzun müddət yaşayış olmayan xidməti mənzillərə münasibətdə həmin mənzillərdə vaxtilə yaşamış sabiq hərbi qulluqçuların yaşayış yeri üzrə qeydiyyatda olduqları ünvanlara müvafiq teleqramlar göndərilərək, qısa müddət ərzində xidməti mənzilləri boşaltmaları barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdehlər həmin mənzilləri boşaltmaqdan imtina etmişdirlər. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə iş üzrə ödənilməli olan 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının “Göytəpə” sərhəd dəstəsinin (2003 nömrəli hərbi hissənin) qapalı şəhərciyində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X26 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 20, Cavabdeh2, Cavabdeh12 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 29, Cavabdeh3 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 30, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 onlarla birlikdə yaşayan Cavabdeh4 yetkinlik yaşına çatmayan nəvələri X3 və X22 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 37, Cavabdeh13, Cavabdeh14 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 40, Cavabdeh15 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 48, Cavabdeh16, Cavabdeh17 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 1, Cavabdeh18, Cavabdeh19, Cavabdeh20, Cavabdeh21 onlarla birlikdə yaşayan Cavabdeh19 yetkinlik yaşına çatmayan nəvələri X23, X18 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 4, Cavabdeh22, Cavabdeh23, onlarla birlikdə yaşayan Cavabdeh22 yetkinlik yaşına çatmayan nəvəsi X34 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 8, Cavabdeh24, Cavabdeh25, X8 onlarla birlikdə yaşayan Cavabdeh24 yetkinlik yaşına çatmayan qızları X1 və X9 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 34, Cavabdeh26, Cavabdeh27, Əzimov Cavabdeh28, Cavabdeh29, Cavabdeh30 onlarla birlikdə yaşayan Cavabdeh26 yetkinlik yaşına çatmayan nəvələri X39 və X29 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 36, Cavabdeh31, Cavabdeh32, Cavabdeh33 onlarla birlikdə yaşayan Cavabdeh31 yetkinlik yaşına çatmayan oğlu X49 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 38, Cavabdeh34, Cavabdeh35 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 27, Cavabdeh36, Cavabdeh37, X12, X13 onlarla birlikdə yaşayan Cavabdeh36 yetkinlik yaşına çatmayan qızları X19, X20 və yetkinlik yaşına çatmayan oğlu X27 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 4, mənzil 49, Cavabdeh40 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 38, Cavabdeh41 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 3, mənzil 18, Cavabdeh42 tərəfindən Göytəpə şəhəri, “Göytəpə” sərhəd dəstəsinin hərbi şəhərciyi, bina 2, mənzil 38 nömrəli xidməti mənzilləri (həmin şəxslərin şəxsi əşyaları ilə birlikdə) boşaldılması və Dövlət Sərhəd Xidmətinə təhvil verilsin. Cavabdehlərdən 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-180/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-180/2023
03.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver