Məhkəmə qərarları › İş №2(073)-1829/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1829/2024

20.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1829/2024 20.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçiərizə ilə məhkəməyə müraciət edərək, qızı X1 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, mərhum qızı X4 07 sentyabr 1984-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, 03 avqust 1993-cü il tarixdə vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn olunmuşdur. X3 19 may 2024-cü il tarixdə vəfat etmişdir. Ailə olaraq başları dəfn mərasiminə qarışdığı üçün ölüm haqqında şəhadətnamə almaq üçün tərəflərindən heç bir orqana müraciət olunmamışdır. Hal-hazırda qızının ölüm haqqında şəhadətnaməsi lazım olduğu üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına sonra isə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin ona bildirdilər ki, mərhum övladının ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin vəsatəti əsasında X9 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun mərhum qardaşı X5 arvadıdır. Ərizəçi mərhum qardaşı Nəriman Əskərovla 1982-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Onların birgə nikahından doğulmuş 07 sentyabr 1984-cü il təvəllüdlü X4, 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn olunmuşdur. O, bir yaxın qohum kimi yas mərasimində yaxından iştirak etmişdir. O, X1 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. İşdə olan İİİ-JQ 256177 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X2 nikahlarını 15 iyul 1982-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 67 saylı qeydiyyat aparılmaqla, arvada Əskərova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli, 442/12 saylı arayışdan görünür ki, X6 07 sentyabr 1984-cü ildə doğulmuşdur, atası X7, anası Ərizəçidır. İşdə olan AZ-İİ 429661 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 19 may 2014-cü il tarixdə “Siqmavari bağırsağın bədxassəli yenitörəməsi” xəstəliyi səbəbindən ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 iyun 2024-cü il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X7 ilə birgə nikahından 07 sentyabr 1984-cü ildə doğulmuş övladı X6 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir. Sonradan ərizəçi qızı Ülkərin ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün, X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qızıına ölüm haqqında şəhadətnamənin alınmasıüçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 07 sentyabr 1984-cü il tarixdə doğulmuş X1 03 avqust 1993-cü il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar