Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1847/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 06 oktyabr 2023-cü il tarixdə, Cəlilabad şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum əri X5 10 iyul 2023-cü il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, mərhum əri X7 09 noyabr 1980-ci il tarixdə Cəlilabad rayonunun Uzuntəpə kəndində doğulmuş və 10 iyul 2023-cü il tarixdə xərçəng xəstəliyindən vəfat etmişdir. Mərhum X1 qəbristanlığında dəfn olunmuşdur. Bunu şahidlər də sübut edə bilər. Ölümündən sonra yas mərasimləri ilə məşğul olduqları üçün ölüm şəhadətnaməsi almaq üçün heç bir orqana müraciət olunmamışdır. O, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsindən ona bildirmişlər ki, ölüm haqqında tibbi arayış olmadığı üçün ərinin ölüm akt qeydinin aparılması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE № 15820219 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 09 noyabr 1980-ci il tarixdə Cəlilabad rayonu Novoqolovka kəndində doğulmuşdur. İş materiallarında olan AZ-İ 390308 nömrəli “Nikah haqqında şəhadətnamənin” təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X8 arasında 02 may 2008-ci il tarixdə nikah bağlanaraq, nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeydə alınmışdır. Arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndində qeydiyyatda olmuş X7 10 iyul 2023-cü il tarixdə vəfat etmiş və Uzuntəpə kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan məzar daşının fotoşəklindən görünür ki, X7 10 iyul 2023-ci ildə tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, Qeydiyyat şöbəsində X5 ölümü haqqında akt qeydi aşkar edilməmiş, ölümü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, 09 noyabr 1980-ci il tarixdə Cəlilabad rayonu Novoqolovka kəndində doğulmuş X5 10 iyul 2023-cü il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 noyabr 1980-ci il tarixdə Cəlilabad rayonu Novoqolovka kəndində doğulmuş X5 10 iyul 2023-cü il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-1847/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1847/2023
06.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver