Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1850/2024 24.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sülyman qızının Cavabdeh qarşı 01 noyabr 2018-ci il təvəllüdlü X2 müalicəsi üçün yetkinlik yaşına çatana kimi Cavabdeh əlavə xərc kimi hər ay 150 manat məbləğində müalicə pulunun alınaraq ona verilməsi tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2018-ci il təvəllüdlü X2 müalicəsi üçün yetkinlik yaşına çatana kimi Cavabdeh əlavə xərc kimi hər ay 150 manat məbləğində müalicə pulunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, İddiaçı anasıdır. Qızı İddiaçı ilə Cavabdeh toy edərək ailə həyatı qurmuşlar. Onların birgə yaşadıqları müddətdə 14 may 2016-cı il tarixdə Fatimə və 01 noyabr 2018-ci il tarixdə Zeynəb adlı iki uşaqları doğulmuşdur. Onların rəsmi nikahları olmasa da, uşaqların hər ikisinin atalıq faktı müəyyən olunmuşdur. İddiaçı cavabdehdən ayrıldıqdan sonra məhkəməyə etdiyi müraciəti əsasında Cəlilabad rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə 14 may 2016-cı il təvəllüdlü X3 və 01 noyabr 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. 2018-ci il təvəllüdlü X8 “Febril qıcolma, Davraşın pozğunluğu” diaqnozu ilə müalicə alır. İddiaçı təkbaşına uşağın xəstəliyi ilə əlaqədar yaranmış xərclərin ödənilməsində çətinlik çəkir. Cavabdeh isə iddiaçıya bu xərclərin ödənilməsi ilə bağlı heç bir maddi yardım etmir. Odur ki, qeyd etdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Masallı şəhərində yerləşən Azərbaycan Respublikası “Bioloji Təbabət” Klinikasının 05 fevral 2024-cü il tarixli elekroensefaloqrafik müayinənin nəticəsindən görünür ki, X4 fon aktivliyi yaşa uyğundur, davamlı posterior dominant ritm- PDR 8-9 Hslik Alfa aktivlikdir, çəkim zamanı paroksizm şəkilli tezliyi (3-4hs) teta delta davamlılıq göstərməyən ləng aktivlik qeyd edilir, yarımkürələr arasında asimmetriya qeyd edilmir, müayinə müddətində central, parietal, oksipital aparmalarda gah sağ gah sol yarımkürədə olmaqla aplitidu (70MKV)dan yuxarı iti dalğa aktivliyi izlənmiş və baş beyinə MRT müayinəsi məsləhət görülmüşdür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Medican Hospital” X15 həkimi Nəzrin Mirzəyeva tərəfindən verilmiş reseptlərdən görünür ki, X5 “Febril qıcolma. Davranış pozğunluğu” kliniki diaqnozu qoyulmuş və müalicəsi ilə bağlı dərmanlar yazılmışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Medican Hospital” X15 direktoru Qəmbərov Ə.Ə tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli arayışdan görünür ki, 2018-ci il təvəllüdlü X9 “Medican Hospital” X16 (Lizensiya № 081291) 08 fevral 2024-cü il tarixində “Febril qıcolma. Davranış pozğunluğu” diaqnozu səbəbi ilə Nevroloq müayinəsində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Medican Hospital” X15 direktoru Qəmbərov Ə.Ə tərəfindən verilmiş 29 may 2024-cü il tarixli arayışdan görünür ki, 2018-ci il təvəllüdlü X9 “Medican Hospital” X16 (Lizensiya № 081291) 15 mart 2024-cü il və 29 may 2024-cü il tarixlərində “Febril qıcolma. Davranış pozğunluğu” diaqnozu səbəbi ilə Nevroloq müayinəsində olmuşdur. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(073)-350/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, 14 may 2016-cı il təvəllüdlü X6 və 01 noyabr 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh toy edərək ailə həyatı qurmuşlar. Onların birgə yaşadıqları müddətdə 14 may 2016-cı il tarixdə Fatimə və 01 noyabr 2018-ci il tarixdə Zeynəb adlı iki uşaqları doğulmuşdur. Onların rəsmi nikahları olmasa da, uşaqların hər ikisinin atalıq faktı müəyyən olunmuşdur. İddiaçı cavabdehdən ayrıldıqdan sonra məhkəməyə etdiyi müraciəti əsasında Cəlilabad rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qətnaməsi ilə 14 may 2016-cı il təvəllüdlü X3 və 01 noyabr 2018ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. 2018-ci il təvəllüdlü X8 “Febril qıcolma, Davraşın pozğunluğu” diaqnozu ilə müalicə alır. İddiaçı təkbaşına uşağın xəstəliyi ilə əlaqədar yaranmış xərclərin ödənilməsində çətinlik çəkir. Cavabdeh isə iddiaçıya bu xərclərin ödənilməsi ilə bağlı heç bir maddi yardım etmir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının hər ay 150 manat məbləğində uşağın xəstəliyi ilə əlaqədar əlavə xərc kimi müalicə pulunun tutulması barədə tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda pulumn Cavabdeh ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və İddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, Cavabdeh tələb olunan məbləğdə pulun ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqi tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni xərcləri məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində əlavə müalicə pulunun miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda Cavabdeh hər ay 100 manat sabit pul məbləğində əlavə xərcin tutulması tərəflərin həqiqi vəziyyətinə uyğundur. 01 noyabr 2018-ci il təvəllüdlü X2 müalicəsi üçün yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay 100 manat məbləğində əlavə xərc tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 + 1000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsi nəzərə alınmaqla 1 illik ödəmənin məcmusu 1000 (min) manatdan artıq olduğu üçün, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə uyğun olaraq 32 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. 13 iyun 2024-cü il tarixdən başlayaraq 01 noyabr 2018-ci il təvəllüdlü X2 müalicəsi üçün yetkinlik yaşına çatana kimi Cavabdeh hər ay 100 (bir yüz) manat məbləğində əlavə xərc tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1850/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1850/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver