Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1860/2024 29.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X6 16 sentyabr 1999-cu ildə Cəlilabad şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, 05 avqust 1971-ci ildə Cəlilabad şəhərində doğulmuşdur və hazırda həmin ünvanda yaşayır. X7 ilə rəsmi nikaha girməklə evlənmiş və buna görə də onun soyadını daşıyır. X2, anası X4r. X1 isə onun (ərizəçinin) qardaşıdır. X16 xx.xx.1975-ci ildə doğulmuş, xx.xx.1999-cu ildə vəfat etmişdir. Qardaşı Cəlilabad şəhər qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt qardaşının ölüm akt qeydi aparılmamışdır. Ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Qardaşının ölüm faktının müəyyən edilməsi ona (ərizəçiyə) vərəsəliyin açılması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət edilmiş şahid X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun arvadıdır. X8 (şahidin) qaynı olmuşdur. X14 16 sentyabr 1999-cu ildə vəfat etmiş, Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi mərhuma ölüm haqqında şəhadətnamə almamışlar. O.Ağayev Elnurun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Hadisə elə onun yanında baş vermişdir. Mərhumun əkin sahəsi var idi, sahədən çıxıb evə gedərkən qəfildən bir maşın mərhumu vurdu və elə hadisə yerində vəfat etdi. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasındadəvət edilmiş şahid X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı qızıdır. X8 (şahidin) bacısı oğludur. X14 16 sentyabr 1999-cu ildə vəfat etmiş, Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi mərhuma ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Mərhumun dəfnində və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət edilmiş şahid X12 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısı qızıdır. X8 (şahidin) bacısı oğludur. X14 16 sentyabr 1999-cu ildə vəfat etmiş, Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi mərhuma ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bütün dəfin və yas mərasimlərində iştirak etmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.1975-ci ildə doğulmuşdur, X2, anası X4r. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1975-ci ildə doğulmuş X6 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan Tibbi Ərazi Bölmələrinin X11 X17 rayon X5 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1975-ci ildə doğulmuş X14 ölən zaman həkim ekspert tərəfindən müayinə olumnadığı üçün ekspert rəyinin tərəflərindən verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X10 ölüm tarixi kimi 16 sentyabr 1999-cu il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X14 xx.xx.1975-ci ildə Cəlilabad şəhərində doğulmuş, 16 sentyabr 1999-cu ildə isə vəfat etmişdir. X19 Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi ərizəçinin qardaşına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə qardaşının ölümünün qeydə alınması mümkün olmamışdır. Qardaşının ölüm faktını müəyyən edilməsi ərizəçiyə vərəsəlik açılması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X14 16 sentyabr 1999-cu ildə ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 16 aprel 1975-ci ildə Cəlilabad şəhərində doğulmuş doğulmuş X6 16 sentyabr 1999cu ildə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-1860/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1860/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver