Məhkəmə qərarları › İş №2(073)-1874/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1874/2024

08.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1874/2024 08.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəlilabad rayon Dövlət Aqrar və İnkişaf Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad rayon Dövlət Aqrar və İnkişaf Mərkəzinə qarşı əmrin etibarsız hesab olunması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayon Dövlət Aqrar və İnkişaf Mərkəzinə qarşı əmrin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon X3 Mərkəzinin direktoru Rahib Kərimov tərəfindən verilmiş *7 iyun 2022-ci il tarixli, 229-3 nömrəli əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi həcminin artırılmasına dair ərizə verərək, Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmağı barədə Cavabdeh *7 iyun 2022-ci il tarixli, MİHO *.2-29- 3/2022-26 saylı əmrinin qanunsuz əsaslarla tərtib edildiyindən ləğv edilməsini və əmrin əmək məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinin 68-ci maddənin “a” bəndi ilə əvəz edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, xx xxxx *988-ci ildə Cəlilabad şəhərində anadan olmuş və hazırda Cəlilabad şəhərində yaşayır. Yaşadığı rayonda kifayət qədər nüfuza və hörmətə sahibdir. Hər zaman cəmiyyətin köməyə və yardıma ehtiyacı olan insanlarının yanında olmuş və dövlətin də dəstəyini arxasına alaraq onların sosial problemlərinin həll edilməsində yaxından iştirak etmişdir. Əmək fəaliyyətinə bir neçə il bundan əvvəl başalmışdır. İlk öncə X2 Stansiyasında kiçik elmi işçi olmuş, daha sonra 20*6-cı ilin noyabr ayının *-dən Cəlilabad rayon X3 Mərkəzində apancı məsləhətçi vəzifəsində işləməyə başalmışdır. Lakin *7 iyun 202*-ci il tarixdə işlədiyi Cəlilabad rayon X3 Mərkəzinin direktoru Rahib Kərimovun *7 iyun 2022-ci il tarixli, MİHO *.2-29-3/2022-26 saylı əmrinə əsasən o heç bir səbəb göstərilmədən işdən azad olunmuşdur. İşdən azad olunmağı barədə əmrin surətini sonradan əldə etmişdir. Əmrdən görünür ki, cavabdeh onu (iddiaçını) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən işdə azad etmişdir. Həmin əmri qanunsuz hesab edir. Əlavə olaraq qeyd etmək istəyir ki, işdən çıxarılmağı barədə əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, əmrin məzmununda onun işdən azad edilməyi barədə əmək müqaviləsinin ləğv edilmə əsası və sair məlumatlar göstərilməmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, dəqiqləşdirilmiş iddiasının təmin edilməsinə dair qətnamə çıxarılmasını, yəni həmin əmrdə göstərilən 70-ci maddənin 68.2 a) yarımbəndi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cəlilabad rayon Dövlət Aqrar və İnkişaf Mərkəzinin nümayəndəsi Bayramov X* verdiyi izahatında göstərmişdir ki, İddiaçı cavabdeh Cəlilabad rayon Dövlət Aqrar və İnkişaf Mərkəzinə qarşı əmrin etibarsız hesab olunması tələbinə dair iddiasını tam şəkildə etiraf edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən ilk növbədə iddianın etirafına qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə veriməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin *9*.*-ci maddəsində əsasən cavabdehin iddianı etiraf etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 52.5-ci maddəsində göstərilmişdir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı *7 iyun 202*-ci il tarixdə işlədiyi Cəlilabad rayon X3 Mərkəzinin direktoru Rahib Kərimovun *7 iyun 2022-ci il tarixli, MİHO *.2-29-3/2022-26 saylı əmrinə əsasən işdən azad olunmuşdur. İşdən azad olunmağı barədə əmrin surətini sonradan əldə etmişdir. İddiaçı işlədiyi müddət ərzində əmək müqaviləsinin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmadığını və əmrin məzmununda onun işdən azad edilməyi barədə əmək müqaviləsinin ləğv edilmə əsası və sair məlumatların göstərilmədiyini əsas göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, həmin əsasın qalması isə ona digər iş yeri tapmaqda ciddi çətinliklər yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən iddia tələbi cavabdeh tərəfindən etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etirafı göstərilir. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddianın etiraf olunması tərəflərin real və həqiqi vəziyyətinə uyğundur. Həmin etiraf başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*6-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cəlilabad X3 Mərkəzinin *7 iyun 2022-ci il tarixli, MİHO *.2-29- 3/2022-26 saylı əmri dəyişdirilsin, həmin əmrdə əmək müqaviləsinə xitam verilmə əsası kimi göstərilmiş Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi həmin Məcəllənin 68.2-ci maddəsinin “a” yarımbəndi ilə əvəz edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar