Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1882/2025 29.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 23 avqust 2006-cı ildə vəfat etmiş mərhum X4 ilə 24 dekabr 1999-cu ildə vəfat etmiş X13 bir-birinə münasibətdə qardaş olmaqla X13 onun əmisi olması və 05 oktyabr 2002-ci ildə vəfat etmiş mərhum anası X17 ilə 31 may 2014-cü ildə vəfat etmiş X9 bir-birinə münasibətdə bacı olmaqla X9 onun xalası olması faktlarının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X10 ərizəni müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, ərizəçi X3 qardaşıdır. Ərizəçi xx xxxxx 1976-cı ildə Cəlilabad rayonu, Əsədli kəndində anadan olmuşdur. X2, anaları isə X11r. Feyruz Paşayev 23 avqust 2006-cı ildə, Səkinə Nəsirova isə 05 oktyabr 2002-ci ildə vəfat etmişlər. X22 onların əmisi, X20 isə xalalarıdır. Araz Paşayev 24 dekabr 1999-cu ildə, Mehri Nəsirova isə 31 may 2014-cü vəfat etmişlər. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli, 124 nömrəli qərarı ilə X18, X14 və Ərizəçi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,77 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair JN 0086, kod 80615068 nömrəli “Torpağa mülkkiyət hüququna dair” aktı verilmişdir. Ərizəçinin mərhum əmisinin və xalasının başqa vərəsələri olmadığı üçün onlardan miras qalan əmlakla bağlı vərəsiliyin açılmasından ötrü Ərizəçi tərəfindən Cəlilabad 1 saylı Notariat Ofisinə müraciət edilmiş, lakin Cəlilabad 1 saylı Notariat Ofisində ərizəçiyə bildirmişlər ki, Araz Paşayevin və Mehri Nəsirovanın ərizəçi ilə əmi və xala kimi qohumluq münasibətlərində olması barədə məhkəmə qətnaməsi olmalıdır. Adları qeyd edilən şəxslərin Ərizəçi ilə qohumluq münasibətlərinəd olmasını təsdiq edən hüquq müəyyənedici sənəd olmadığından ərizəçi miras əmlakdan olan payı əldə edə bilmir, nəticə etibarı ilə həmin əmlaka mülkiyyət hüququnun tanınması mümkünsüz olmuşdur. Əgər qeyd edilən tələb üzrə fakt təsdiq edilərsə, ərizəçinin mirasdan pay almaq üçün hüququ yaranacaqdır. Ərizəçi niyyəti mirasdan pay almaq hüququnu ehtiva edir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad şəhər 1 saylı Notariat Ofsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qardaşıdır. X6 və mərhum X20 onunda əmisi və xalasıdır. Eyni kəndə yaşamışlar. Araz Paşayev 24 dekabr 1999-cu ildə, Mehri Nəsirova isə 31 may 2014-cü vəfat etmişlər. O, təsdiq edir ki, X6 və mərhum X20 Ərizəçi əmisi və xalasıdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X21 verdiyi izahatında bildirdi ki, o, həmin kəndə ərazi dairəsi üzrə icra nümayəndəsidir. Ərizəçi ilə həmkəndlidir. X6 və mərhum X20 ərizəçinin əmisi və xalasıdır. Onlar eyni kəndə yaşamışlar. Araz Paşayev 24 dekabr 1999-cu ildə, Mehri Nəsirova isə 31 may 2014-cü vəfat etmişlər. O da, təsdiq edir ki, X6 və mərhum X20 Ərizəçi əmisi və xalasıdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 avqust 2024-cü il tarixli, 952/12 saylı arayışdan görünür ki, Ərizəçi xx xxxxx 1976-cı ildə doğulmuşdur. X4, anası X11r. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 875/12 saylı arayışdan görünür ki, xx xxxxx 1976-cı ildə doğulmuş Ərizəçi Cəlilabad rayon Qeydiyyat şöbəsində ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 20 dekabr 2022ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin nikahı haqqında atk qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 2025-ci il tarixli, 789/12 saylı arayışdan görünür ki, 09 iyul 1939-cu ildə doğulmuş X7 Cəlilabad rayon Qeydiyyat şöbəsində 1944-1957-ci illər üzrə bərpa akt qeydləri, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğumu haqqında atk qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2024-cü il tarixli, 1068/12 saylı arayışdan görünür ki, X17 3-cü dərəcəli maddələr mübadiləsi səbəbindən 05 oktyar 2002-ci ildə Cəlilabad rayonu, Əsədli kəndində ölmüşdür. Ölümü Cəlilabad rayon Ləkin kənd icra nümayəndəliyində qeydə alınmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 2025-ci il tarixli, 791/12 saylı arayışdan görünür ki, 1928-ci ildə doğulmuş X8 Cəlilabad rayon Qeydiyyat şöbəsində 1944-1951-ci illər üzrə bərpa akt qeydləri, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğumu haqqında atk qeydi aşkar edilməmişdir. İşdə olan AZ-İ 201267 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 səbəbindən 23 avqust 2006-cı ildə Cəlilabad rayonu, Əsədli kəndində ölmüşdür. Ölümü Cəlilabad rayon Ləkin kənd icra nümayəndəliyində qeydə alınmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 2025-ci il tarixli, 788/12 saylı arayışdan görünür ki, 09 iyul 1929-cu ildə doğulmuş X9 Cəlilabad rayon Qeydiyyat şöbəsində 1944-1951-ci illər üzrə bərpa akt qeydləri, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğumu haqqında atk qeydi aşkar edilməmişdir. İşdə olan AZ-İ 654146 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilkin biliar qaraciyər sirrozu səbəbindən 31 may 2014-cü ildə Cəlilabad rayonu, Əsədli kəndində ölmüşdür. Ölümü Cəlilabad rayon Ləkin kənd icra nümayəndəliyində qeydə alınmışdır. İşdə olan Cəlilabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 avqust 2025-ci il tarixli, 790/12 saylı arayışdan görünür ki, 1936-cı ildə doğulmuş X13 Cəlilabad rayon Qeydiyyat şöbəsində 1944-1954-cü illər üzrə bərpa akt qeydləri, eyni zamanda “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğumu haqqında atk qeydi aşkar edilməmişdir. İşdə olan AZ-İ 027160 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 24 dekabr 1999-cu ildə Cəlilabad rayonu, Əsədli kəndində ölmüşdür. Ölümü Cəlilabad rayon Ləkin kənd icra nümayəndəliyində qeydə alınmışdır. İşdə olan JN 0086, kod ******* nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X18, X14 və Ərizəçi Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının 12 nay 1998-ci il tarixli, 124 nömrəli qərarı ilə 0,77 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı topraq sahəsi verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi əmisi 24 dekabr 1999-cu il tarixdə ölmüş X22, xalası 31 may 2014-cü il tarixdə ölmüş X15r. Adları qeyd edilən şəxslərin Ərizəçi ilə qohumluq münasibətlərində olmasını təsdiq edən hüquq müəyyənedici sənəd olmadığından ərizəçi miras əmlakdan olan payı əldə edə bilmir, nəticə etibarı ilə həmin əmlaka mülkiyyət hüququnun tanınması mümkünsüz olmuşdur. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizə əsaslı olduğundan təmin edilərək, 23 avqust 2006-cı ildə vəfat etmiş mərhum X4 ilə 24 dekabr 1999-cu ildə vəfat etmiş X13 bir-birinə münasibətdə qardaş olmaqla X13 Ərizəçi əmisi olması faktı müəyyən edilməli, 05 oktyabr 2002-ci ildə vəfat etmiş mərhum anası X17 ilə 31 may 2014cü ildə vəfat etmiş X9 bir-birinə münasibətdə bacı olmaqla X9 Ərizəçi xalası olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 23 avqust 2006-cı ildə vəfat etmiş mərhum X4 ilə 24 dekabr 1999-cu ildə vəfat etmiş X13 bir-birinə münasibətdə qardaş olmaqla X13 ərizəçi xx xxxxx 1976-cı il tarixdə doğulmuş Ərizəçi əmisi olması faktı müəyyən edilsin. 05 oktyabr 2002-ci ildə vəfat etmiş mərhum anası X17 ilə 31 may 2014-cü ildə vəfat etmiş X9 bir-birinə münasibətdə bacı olmaqla X9 ərizəçi xx xxxxx 1976-cı il tarixdə doğulmuş Ərizəçi xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1882/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1882/2025
29.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver