Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1940/2023 11.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus cehiz əşyalarının ona məxsus olan Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehə məxsus məxsus əşyaların ona (iddiaçıya) məxsus olan Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, Cavabdeh ilə onun (iddiaçının) oğlu Elçin Əliyev 2021-ci il tarixdə el adəti ilə ailə qurmuşlar və cavabdehi ona (iddiaçıya) məxsus Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Lakin cavabdehin oğlu Elçin Əliyevlə rəsmi nikahı olmamışdır. Cavabdeh onların evində 2 ilə yaxın yaşadıqdan sonra oğlu Elçin Əliyevlə anlaşa bilmədiklərindən ayrılıb öz atası evinə, yəni Cəlilabad rayonu, Ocağlı kəndinə qayıtmışdır. Cavabdeh 2023-cü ilin yanvar ayında onların evindən getdikdən sonra bir daha həmin evə qayıtmamışdır. Cavabdehin gəlin köçərkən gətirdiyi cehiz əşyaları ona (iddiaçıya) məxsus evdə qalmışdır. Sonradan cavabdeh məxsus yataq dəsti, dolab (şifoner), kiçik dolab, termo, 3 dəst yorğan-döşək, 6 ədəd kiçik döşəkçə, 1 ədəd xalça, 4 ədəd böyük balınc, 2 ədəd kiçik balınc, 3 dəst odeyal, l ədəd yataq örtüyü, 1 ədəd kiçik çıl-çıraq, 7 ədəd hamam dəsmalı, 7 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı, 4 ədəd mələfə dəsti, 1 ədəd yer süfrəsi, 1 ədəd masa süfrəsi, 1 ədəd qapı və 1 ədəd pəncərə pərdəsi, 1 ədəd masa, 6 ədəd stul, 1 ədəd telefizor, l ədəd televizor altlığı, 1 ədəd kiçik çarpayı, 1 ədəd uşaq çarpayısı, 1 ədəd soyuducu, 1 ədəd tozsoran, 1 ədəd elektrik sobası, 1 ədəd ütü, l ədəd ətçəkən, 1 ədəd mikser, 1 ədəd xəmir qarışdıran, l ədəd paltaryuyan, 1 ədəd “Tefal” qazan dəsti, 1 ədəd çuqun qazan dəsti, 1 ədəd kiçik çuqun qazan dəsti, 2 ədəd böyük çaydan, 1 ədəd dəm çaydanı, 12 ədəd xrustal çay bardağı, 12 ədəd armudu stəkan, 2 ədəd kağız dəsmal qabı, çörəkqabı, 1 ədəd bıçaq dəsti, 1 ədəd qaşıq dəsti, xörək və çay qaşığı 12 ədəd, plastmas göyərti doğrayan, dolmabükən dəsti, döşəməsilən (polsilən), zibilqabı, 12 ədəd boşqab, 1 ədəd serviz dəsti, 2 ədəd qəndqabı, 1 ədəd şüşə su qabı, 2 ədəd ləpə qabı, 2 ədəd meyvə qabı, 1 ədəd podnos dəsti, 1 ədəd ədviyyat qabı, 12 ədəd şüşə rumka, ləpə üyüdən, 6 ədəd duzqabı, 2 ədəd külqabı, çuqun tabaq, aşsüzən, göyərti doğramaq üçün taxta, 12 ədəd xörək, çay, çəngəl-qaşıq dəsti, 6 ədəd bulud qaşığı, ütü altlığı, geyim, kosmetika, parfüm, qızıldan ibarət əşyalar və cavabdehin uşağın məxsus əşyalar cavabdehin qohumları tərəfindən onun (iddiaçının) evindən aparılmış, lakin cehiz əşyalarının bir hissəsi qalmışdır. Tələb etməsinə baxmayaraq cavabdeh qalan əşyalarını aparmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəəmyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək, ailə vəziyyəti ilə əlaqədar üzrlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini bildirmiş, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə üzrlü səbəbdən gələ bilməməsini təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonu Qarazəncir kəndində 0.1519 ha torpaq sahəsində yerləşən 98.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-119/2023 saylı hökmündən görünür ki, həmin hökmlə X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 1 200 (bir min iki yüz) manat və X5 həmin Məcəllənin 128-ci maddəsi ilə təqsirli bilinib 1 000 (bir min) manat cərimə cəzasına məhkum edilmişlər. Həmin hökmdən görünür ki, X5 22 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evində həyat yoldaşı Cavabdeh yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə əl zərbəsi ilə vuraraq ona sağlamlığın qısa müddətə pozulmsına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh ilə iddiaçının oğlu İddiaçı Elçin oğlu faktiki evlənmişlər və cavabdeh iddiaçıya məxsus Cəlilabad rayonu Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçürülmüşdür. Gəlin köçən zaman cavabdehə məxsus cehiz əşyaları da həmin evə yığılmışdır. Aralarında olan narazılıqlara görə iddiaçının oğlu Elçin Əliyevlə Cavabdeh ayrılmışlar və cavabdeh gəlin köçdüyü evdən getmək məcburiyyətində qalmışdır. Cavabdeh gəlin köçdüyü evdən getsə də, ona (cavabdehə) məxsus cehiz əşyalarının bir hissəsi İddiaçı mülkiyyətində olan evdə qalmışdır. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq, cavabdeh özünə məxsus əşyaları gəlin köçdüyü və hazırda iddiaçının mülkiyyətində olan Cəlilabad rayonunun Qarazəncir kəndində yerləşən fərdi yaşayış evindən çıxarmamışdır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus əşyalar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Cəlilabad rayonu Qarazəncir kəndində 0.1519 ha torpaq sahəsində yerləşən 98.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-1940/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1940/2023
11.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver