Məhkəmə qərarları › İş №2(073)-1963/2024

Cəlilabad Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(073)-1963/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1963/2024 11.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh oğundan 2100 manat maddi ziyanın alınıb ona verilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, qiyabi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğundan 2100 manat maddi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməyinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Qeyd olunanları və işə qiyabi icraat qaydasında baxılması barədə iddiaçının yazılı razılığını nəzərə alaraq, məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirdi ki, Cəlilabad rayonu, Çinar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Onun 2-ci qrup əlilliklə əlaqədar təxminən 2 ildən artıq müddətdə pensiyasını kəsmişdirlər. Cəlilabad şəhər sakini Cavabdeh təxminən bir neçə il əvvəldən tanıyır. 2021-ci ilin oktyabr ayının 6-da saat təxminən 10:30 radələrində Cəlilabad rayon Mərkəzi Xəstəxamasından göndəriş alıb Bakı şəhərinə həkim komissiyasına getmək üçün xəstəxanaya gəlmişdir. Həmin vaxt xəstəxananın həyətində Cavabdehla rastlaşmışdır. Rasimlə salamlaşmış və pensiyasının kəsildiyini, buna görə də xəstəxanadan göndəriş alıb Bakı şəhərinə gedəcəyini bildirmişdir. Cavabdeh isə ona əziyyət çəkib Bakı şəhərinə getməməsini, pensiyanı özü bərpa edəcəyini, bunun qarşılığında ondan 2100 manat pul alacağını demişdir. Aralarında razılaşaraq həmin vaxt Rasimə 400 manat vermiş, qalan pulu isə yaxın gün ərzində verəcəyini bildirmişdir. Oktyabr ayının 9-da Rasim ona zəng edərək pulun qalanını istəmişdir. O, Rasimə 600 manat da vermiş, qalan 1100 manatı da yaxın günlərdə ona verəcəyini bildirmişdir. 20 oktyabr 2021-ci il tarixdə Cavabdeh zəng edərək qalan 1100 manat pulun hazır olduğunu demiş, görüşüb Rasimə vermişdir. Cavabdeh pulu alandan sonra ona narahat olmamasını və pensiyasını ayın axırına qədər bərpa etdirəcəyini bildirmişdir. O da Rasimin sözünə inanıb, sağollaşaraq çıxıb getmişlər. Ayın axırı çatdı, lakin Cavabdeh pensiyanı bərpa etdirmədi, sonrakı günlərdə Rasimlə əlaqə saxlayarkən, Rasim ona narahat olmamasını və pensiya məsələsini həll edəcəyini bildirmişdir. Cavabdeh ona belə desə də, pensiyanı bərpa etdirə bilməmiş, hər dəfə əlaqə saxlayarkən müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh onu aldatdığını başa düşmüşdür. Həmin əməlinə və başqa dələduzluq cinayətləri törətdiyinə görə Cəlilabad rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(073)-113/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh atası Adil Yusubov ona söz verdi ki, oğlu Cavabdeh həbsdən çıxandan 1-2 ay sonra onun pulunu ödəyəcək. O da inanıb məhkəmə ərizə vermişdir ki,ona dəymiş ziyan tam ödənilib. Əslində isə nə Cavabdeh, nədəki atası Adil Yusubov ona bir mana belə olsun pul ödəməmişlər. Cavabdeh həbsdən çıxandan sonra o dəfələrlə pulunu geri qaytarmasını tələb etsə də, Rasim hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən yayınmışdır. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Cavabdeh 2021-ci ilin oktyabr ayında İddiaçı pensiyasını bərpa etmək məqsədi ilə ümumilikdə 2100 manat pul almışdır. Lakin Cavabdeh iddaçını aldadaraq pensiya bərpa etdirməmiş və pulu indiyədək İddiaçı geri qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, iddaçı İddiaçı onun ərinin qardaşıdır. Həmin pulu onun yoldaşı qardaşı İddiaçı pensiyasını bərpa etdirməsi üçün vermişdir. Lakin nə İddiaçı pensiyası bərpa olmuşdur, nədə ki Cavabdeh pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, İddiaçı onun həmkəndlisidir. Cavabdeh Yusubov X4 rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(073)-113/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmən məhkəmə baxışı zamanı o prosesdə iştirak etməsə də məhkəmə binasında, yəni çöldə gözləyirdi. Həmin vaxtdan indiyə kimi 2100 manat puldan nə Cavabdeh nədə ki atası Adil Yusubov İddiaçı bir manat belə olsun pul verməyiblər. Məhkəmə iddiaçının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(073)-113/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökümdə Cavabdeh verdiyi izahatında İddiaçı pensiya bərpa etmək məqsədi ilə ümumilikdə 2100 manat pul aldığını etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh 2021-ci ilin oktyabr ayında İddiaçı pensiyasını bərpa etmək məqsədi ilə hissə-hissə olaraq, ümumilikdə 2100 manat pul almışdır. Lakin iddiaçı pensiyanı bərpa etdirə bilməmiş, beləliklə cavabdehi aldadaraq pulunu məsimsəmişdir. İddiaçı Cavabdeh İddiaçı başqa bir neçə nəfərdən də iş düzəltmək məqsədi ilə pul məbləğləri alaraq aldatmışdır. Buna görədə iddaçının barəsində cinayət işi başlanılmış və Cəlilabad Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 1(073)-113/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı dəfələrlə cavabdehdən vurduğu ziyanı ödəməsini dəfələrlə tələb etsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında Cavabdeh İddiaçı maddi ziyana görə 2100 manat borcunun olması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədənlənməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və.s) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, İddiaçı dəymiş maddi ziyanın miqdarı 2100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh maddi ziyana görə 2100 manat alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.4-ci maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 242-ci maddəsinə əsasən qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qət etdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyana görə 2100 (iki min bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 41 (qırx bir) manat alınıb İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldığı vaxtdan etibarən 10 (on) gün ərzində onun ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar