Məhkəmə qərarları › İş №2(073)-1974/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1974/2025

12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1974/2025 12.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlanları 01 yanvar 1986-ci il təvəllüdlü X5 30 iyun 2005-ci il tarixdə Cəlilabad rayonu, Şatırlı kəndində və 01 yanvar 1978-ci il təvəllüdlü X3 22 iyul 2015-ci il tarixdə Cəlilabad rayonu, Şatırlı kəndində ölməsi faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, xx xxxx 1949-cu il tarixdə Cəlilabad rayonu, Fərzili kəndində doğulmuşdur. X6 ilə ailə həyatı qurmuş və 18 fevral 1973-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Evləndikdən sonra Cəlilabad rayonu, Şatırlı kəndinə gəlin köçmüşdür. 11 avqust 2003-cü ildə həyat yoldaşı X6 vəfat etmişdir. X4 01 yanvar 1986-cı ildə Cəlilabad rayonu, Şatırlı kəndində anadan olmuşdur. X18 30 iyul 2005-ci il tarixində həmin kəndə yaşayış evinə elektrik xətti çəkən zaman ehtiyatsızlıqdan elektrik dirəyi üzərinə aşaraq vəfat etmişdir və həmin tarixdədə Cəlilabad rayonu, Şatırlı kənd məzarlığında dəfn edilmişdir. Digər oğlu X7 01 yanvar 1978ci il tarixində Cəlilabad rayonu, Şatırlı kəndində doğulmuşdur. Digər oğlu Salamat Ağayev 22 iyul 2015-ci il tarixində onun yaşadığı evdə özünü asaraq canına qəsd etmişdir və Cəlilabad rayonu, Şatırlı kənd məzarlığında dəfn edilmişdir. X1 və X7 dəfn etdikdən onların (mərhum oğlanlarının) akt qeydinin aparılması üçün vaxtında müvafiq orqana müraciət etmədiyindən ölümləri qeydə alınmamışdır. 2025-ci ilin may ayında mərhum oğlanları Rəşad Ağayevin və Salamat Ağayevin ölüm haqqında şəhadətnamələri Cəlilabad şəhər ərazisində yerləşən 8 saylı dövlət reyestr xidmətində notariat orqanlarında A185510 nömrəli və A315232 nömrəli Torpaq Kadastrı kitabında uçota alınmış torpaqlar üzrə vərəsəliyə görə sənədləşmə işləri aparmaq üçün lazım oldu. Buna görə də o, mərhum oğlanları Rəşad və Salamatın ölüm akt qeydinin aparılması üçün həm Maraqlı şəxsnə, həm də Cəlilabad rayon Mərkəzi Xəstəxanasına ərizə ilə müraciət etmişdir. Lakin, Maraqlı şəxsndə ona oğlanlarının ölümünü qeydə almaq üçün müvafiq arayışın olmadığln bildirmiş və bu barədə ona imtina məktubu vermişlər. Cəlilabad rayon Mərkəzi Xəstəxanası da onun ərizəsinə cavab olaraq, Cəlilabad rayon məhkəməsinə müraciət etməsini bildirmişlər. O, mərhum oğlanları Rəşad Ağayevin və Salamat Ağayevin ölümünü təsdiq edən sənədi əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 izahatında bildirdi ki, Ərizəçi onunla həmkəndli olmaqla həmdə qohumudur. X2 və X7 isə Ərizəçi oğlanlarıdır. Ərizəçinin X1 30 iyul 2005-ci ildə, X7 isə 22 iyul 2015-ci ildə Cəlilabad rayonu Şatırlı kəndində vəfat etmiş və Şatırlı kənd məzarlığında dəfn edilmişdir. Mərhumların yas mərasimində iştirak etmişdir. O, X5 30 iyul 2005-ci il tarixdə, X3 isə 22 iyul 2015-ci il tarixdə Cəlilabad rayonu Şötüklü kəndində vəfat etməsini təsdiq edir. İş materiallarında olan 12 may 2025-ci il tarixdə Cəlilabad rayonu Şatırlı kənd İƏDÜ nümayəndəliyinin müavininin və digər 4 nəfər kənd sakinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi X1 30 iyul 2005-ci ildə, X7 isə 22 iyul 2015-ci ildə Cəlilabad rayonu Şatırlı kəndində vəfat etmiş və Şatırlı kənd məzarlığında dəfn edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Cəlilabad rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 14 may 2025-ci il tarixli məktublardan görünür ki, 01 yanvar 1978-ci il təvəllüdlü X3 və 01 yanvar 1986-cı il təvəllüdlü X5 ölümləri ilə əlaqədar Cəlilabad rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 13 may 2025-ci il tarixli məktubdan görünür ki, 01 yanvar 1986-cı il tarixdə anadan olmuş X5 və 01 yanvar 1978ci il təvəllüdlü X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onların ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, X10 30 iyul 2005-ci ildə, X7 isə 22 iyul 2015-ci ildə vəfat etmişdir və məzarlarına başdaşı qoyulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X1 30 iyul 2005-ci il tarixdə, X7 isə 22 iyul 2015-ci il tarixdə Cəlilabad rayonu Şatırlı kəndində vəfat etmişlər və vəfatlarından sonra Şatırlı kənd məzarlığında dəfn edilmişlər. Sonradan ərizəçi mərhum oğlanlarının ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxslərin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş oğlanları ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X5 30 iyul 2005-ci il tarixdə, X3 isə 22 iyul 2015-ci il tarixdə Cəlilabad rayonu Şatırlı kəndində ölmələri faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1986-ci ildə doğulmuş X5 30 iyun 2005-ci il tarixdə və 01 yanvar 1978-ci ildə doğulmuş X3 22 iyul 2015-ci il tarixdə Cəlilabad rayonu, Şatırlı kəndində ölmələri faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar