Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-1980/2025 19.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X8nun onun qardaşı olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında bildirdi ki, o, xx xxxxxx 1961-ci il tarixdə Cəlilabad rayonu, Çünzəli kəndində doğulmuşdur. X7, anası X3r. X5 isə 02 avqust 1954-cü il tarixdə doğulmuşdur. Hər iki valideyni vəfat etmişdir. X5 isə 08 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. O, adında olan əmlakı X5na bağışlamaq istəyir. Bununda bağlı qardaşı Həsən Ağayevin doğum haqında şəhadətnaməsi lazımdır. Lakin qardaşının doğum haqqında şəhadətnaməsi evdə tapa bilmədiyi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin orada qardaşının doğum haqqında şəhadətnaməsi tapılmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Cəlilabad şəhər 1 saylı Notariat Ofsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X12 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. X8 ilə eyni kəndə yaşamışlar. X16 02 avqust 1954-cü il tarixdə doğulmuş, 08 sentyabr 2017-ci il tarixdə isə vəfat etmişdir. O, təsdiq edir ki, Ərizəçi mərhum Həsən Ağayevin bacısıdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 verdiyi izahatında bildirdi ki, Ərizəçi ilə həmkəndlidir. Ərizəçi mərhum X5 2 avqust 1954-cü il tarixdə doğulmuş, 08 sentyabr 2017-ci il tarixdə isə vəfat etmişdir. O, Ərizəçi mərhum Həsən Ağayevin bacısı olmasını təsdiq edir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli, 329/12 saylı arayışdan görünür ki, X15 və X1 nikahı haqqında 01 dekabr 1961-ci il tarixdə, 54 saylı akt qeydi tərtib olunmuşdur. X15 27 dekabr 1980-ci ildə, X4 29 aprel 2005-ci ildə ölmüşdür. İşdə olan Masallı regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli, 3/16-5/8-32xx-xx/2025 saylı arayışın surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci il tarixdə Cəlilabad rayonu, Çünzəli kəndində doğulmuşdur. X7, anası X2r. İşdə olan AZE 15919993 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 02 avqust 1954-cü ildə Cəlilabad rayonu, Çünzəli kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli, 312/12 saylı arayışdan görünür ki, X16 08 sentyabr 2017-ci ildə Cəlilabad rayon, Çünzəli kəndində ölmüşdür. Ölüm haqqında 18 sentyabr 2017-ci ildə, 23 saylı akt qeydi tərtib olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 30 may 2025-ci il tarixli məktubdan görünür ki, 02 avqust 1954-cü ildə doğulmuş X11 doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan ilkin və bərpa doğum akt qeydləri üzrə həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə 03 iyun 2025-ci il tarixədək yoxlama aparılmış cinsi qadın və ya kişi doğulaş uşaq barəsində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Cəlilabad rayon İHB-nın Ağdaş kənd İƏDÜ nümayəndiliyi tərəfindən verilmiş 19 avqust 2025-ci il tarixli arayışdan görünür ki, X10 X5 02 avqust 1954-cü il tarixdə Cəlilabad rayonu, Çünzəli kəndində anadan olmuş və həmin kəndə yaşamışdır. 08 sentyabr 2017-ci il tarixdə vəfat etmiş, Cəlilabad rayonu, Çünzəli kənd məzarlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 18 sentyabr 2017-ci il tarixdə ölmüş X16 Ərizəçi qardaşıdır, lakin Həsən Ağayevin doğum akt qeydi aparılmamış və buna görə də ərizəçi ilə qohum olmaları faktının müəyyən edilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizə əsaslı olduğundan təmin edilməli və 18 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X11 xx xxxxxx 1961-ci il tarixdə doğulmuş Ərizəçi qardaşı olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 18 sentyabr 2017-ci il tarixdə vəfat etmiş X11 xx xxxxxx 1961-ci il tarixdə doğulmuş Ərizəçi qardaşı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-1980/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-1980/2025
19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver