Məhkəmə qərarları › İş №2(073)-20/2024

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-20/2024

30.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-20/2024 30.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh məxsus əşyaların İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllədə yerləşən 107 nömrəli mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus əşyaların İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllədə yerləşən 107 nömrəli mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT ASC məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb və iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə, həmçinin prosessual xərclərə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 9********) İddiaçı BOKT ASC-yə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı Cavabdeh məxsus əşyaların İddiaçı BOKT ASC-nin mülkiyyətində olan Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 2319-21-23-cü məhəllədə yerləşən 107 nömrəli mənzildən çıxarılması, həmin mənzilin tam şəkildə boşaldılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Cəlilabad Rayon Məhkəməsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi: 9********) İddiaçı BOKT ASC-yə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar