Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2025/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 800 (səkkiz yüz) manat pulun və 31 (otuz bir) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı oğlu iddianın müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri Səbail rayonu, Lermontov 121 ünvanında yerləşən "xxxx" MMC-də şirniyyatçı kimi işə qəbul olunmuşdur. İşlədiyi dövürdə "xxxx" MMC-nin direktoru Cavabdeh2 ilə aralarında razılaşmaya görə hər ay 800 manat əmək haqqı almalı idi. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işləyib qurtardıqdan sonra cavabdehdən pulunu tələb etsə də cavabdeh ona olan pulu ödəməkdən yanınmışdır. Cavabdehdən pulu dəfələrlə tələb etməsinə baxmayaraq ona olan borcu ödəməkdən qəsdən yayınmışdır. Cavabdehlə aralarında “vatsap” yazışmalarından da görünür ki, Cavabdeh2 ona 700 manat borcu almışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 15 avqust 2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 orlu iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, "xxxx" MMCnin direktoru vəzifəsində işləmişdir, lakin sonradan müflis olduqlarına görə şirkəti bağlamışdır. İddiaçı da həmin MMC-də şirniyyatçı kimi işləyib, lakin iddiaçı ilə əmək müqaviləsi olmamışdır. İddiaçını sınaq müddətinə qeyri-rəsmi işə götürmüşdür, lakin 1 aydan sonra işləri alınmadığına görə şirkəti bağlamışdır. Son haqq-hesab olaraq iddiaçıya 500 manat pul vermişdir. İddiaçı hazırda əsassız olaraq ondan (cavabdehdən) pul tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “whatsapp” platforması üzərindən Cavabdeh2 məxsus ***-***-**-** nömrəli telefonla iddiaçı arasında aparılmış yazışmalardan görünür ki, əmək haqqı borcu ilə bağlı tərəflər arasında razılıq vardır. Həmin yazışmalardan görünür ki, tərəflər arasında işəgötürən və işçi münasibətləri olmuşdur, iddiaçı X2 cavabdehə 700 manat əmək haqqı borcunun qaldığını və qısa müddət ərzində iddiaçıya ödəyəcəyini bildirmişdir. İşdə olan Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)866/2024 saylı qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib 20.000 manat məbləğində cərimə edilmişdir. İşdə olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırkı iddanın verilməsi ilə əlaqədar 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri, Səbail rayonu, Lermontov 121 ünvanında yerləşən "xxxx" MMC-də şirniyyatçı kimi əmək müqaviləsi bağlanılmadan işləmişdir və işlədiyi müddət üçün almalı olduğu razılaşdırılmış əmək haqqı MMC-nin direktoru X2 tərəfindən ona ödənilməmişdir. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh pulu ödəməkdən yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş halları da nəzərə alaraq hesab edir ki, tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur və yaranmış mübahisə fərdi əmək mübahisəsidir ki, buna görə də mübahisənin həlli üçün Əmək Məcəlləsinin müvafiq normaları, həmçinin 44 və 45-ci fəsilləri ilə müəyyən edilmiş normalar hazırki mübahisəyə tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının əmək haqqı almaq hüququ Əmək Məcəlləsi ilə ona bir işçi kimi verilmiş mübahisələndirilməyən hüquqlarından biri, işəgötürən olan cavabdehin isə vəzifələrindən biridir. Əmək Məcəlləsinin 195-ci maddəsinin d) bəndinə əsasən, işəgötürənin əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıdığı hallardan biri də işçinin əmək haqqı və digər ödənişlərinin işəgötürən tərəfindən düzgün müəyyən edilmədiyi, habelə əsassız və qanunsuz olaraq verilmədiyi haldır. Həmin Məcəllənin 296.4-cü maddəsinə görə, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı iddia ərizəsinin yazılması üçün hüquqi xidmətdən istifadə etdiyini və bunun müqabilində 100 (yüz) manat ödədiyini və həmin məbləği də cavabdehdən tələb etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 700 (yeddi yüz) manat pul və 31 (otuz bir) manat dövlət rüsumu alınıb İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2025/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2025/2024
05.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver