Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-21/2025 24.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən zəbt edilmiş 0,035 ha (3,5 sot) həyətyanı torpaq sahəsinin alınıb ona təhvil verilməsi və torpaq üzərində istifadə hüquqlarının bərpa olunması tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş 0,035 ha (3,5 sot) həyətyanı torpaq sahəsinin alınıb ona təhvil verilməsi və torpaq üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmşidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiyə edərək verdiyi izahatında bildirdi ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-550A, Kod 80600048 saylı şəhadətnaməyə əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə 0,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. O, dəfələrlə mülkiyyət hüququnu təsdiq edən şəhadətnaməni cavabdehə göstərib onun haqsız olduğunu və taorpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh əksinə ona qarşı qərəzli hərəkətlər etmiş və nəticədə onun tələbi nəticəsiz qalmışdır. Bu səbəbdən də o, mübahisənin hüquqi yolla həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını diləyib, iş materiallarını araşdırıb və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN-550A, Kod 80600048 saylı şəhadətnamədən görünür ki, Cəlilabad rayonu Uzuntəpə kəndində Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli, 35 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 0,49 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli, 10/627 saylı ekspert rəyindən və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 3-21-3-44/2-7610/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı tələb etdiyi torpaq sahəsi JN-550A saylı şəhadətnamə ilə ona və digər ailə üzvlərinə mülkiyyətə verilmiş 0,49 ha torpaq sahəsinin bir hissəsi olduğu müəyyən edilmişdir. İddiaçı və digər ailə üzvlərinə JN-550A saylı şəhadətnamə ilə mülkiyyətə verilmiş 0,49 ha torpaq sahəsinin 0,0228 ha hissəsinin Cavabdeh naturada faktiki istifadəsində olduğu müəyyən edilmişdir. (Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.) Həmin 0,0228 ha torpaq sahəsində hər hansı tikinti işlərinin aparılmadığı, əkin kimi istifadə edildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-550A, Kod 80600048 saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0,49 hektar torpaq sahəsi verilmişdir. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus həmin torpaq sahəsinin 0,0228 ha hissəsini zəbt etmişdir. İddiaçı dəfələrlə cavabdehə etdiyi xəbərdarlıqlara baxmayaraq, cavabdeh iddiaçının və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 0,49 ha torpaq sahəsinin zəbt etdiyi 0,0228 ha hissəsindən çıxmaq istəmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən zəbt edilmiş 0,035 ha (3,5 sot) həyətyanı torpaq sahəsinin alınıb ona təhvil verilməsi və torpaq üzərində istifadə hüquqlarının bərpa olunması tələbində qismən, yəni zəbt edilmiş 0,0228 ha torpaq sahəsinin alınaraq ona verilməsi hissəsində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Əzizov X2 mülkiyyətə verilməsinə dair JN-550A, Kod 80600048 saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,49 ha həyətyanı torpaq sahəsinin 0,0228 ha hissəsindən çıxarılmalı və 0,0228 ha torpaq sahəsi Cavabdeh alınıb iddiaçıya qaytarılmalı, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əzizov X2 mülkiyyətə verilməsinə dair JN-550A, Kod 80600048 saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,49 ha həyətyanı torpaq sahəsinin 0,0228 ha hissəsindən çıxarılsın və 0,0228 ha torpaq sahəsi Cavabdeh alınıb iddiaçıya qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsindən ötrü hazırlanmış mütəxəssis rəyinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat Cavabdeh alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-21/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-21/2025
24.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver