Məhkəmə qərarları › İş №2(073)-2131/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2131/2025

05.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2131/2025 05.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi Mirzəcan oğlunun iştirakı ilə, Ərizəçi Mirzəcan oğlunun Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Mirzəcan oğlu ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 xx.xx.2012-ci ildə Cəlilabad rayonu Muğan kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Mirzəcan oğlu ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, mərhum qardaşı X4 18 yanvar 1990-cı il tarixdə Cəlilabad rayonu, Muğan kəndində anadan olmuşdur. Qardaşı əsəb-nevroz xəstəliyindən əziyyət çəkdiyi üçün xx.xx.2012-ci il tarixdə qəflətən vəfat etmişdir. Özünü asmışdır. Ölümündən sonra ölüm haqqında şəhadətnamə almaq üçün onun (ərizəçinin) tərəfindən Maraqlı şəxsnə müraciət edilmiş, lakin Cəlilabad RMX PHŞ-nə müraciət olunmadığı və qardaşının ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə ölümü qeydə alınması mümkün olmamışdır və bu barədə məhkəməyə müraciət etməlidir. Atası bu yaxınlarda rəhmətə gedib, vərəsəlik məsələsi həll edilən zaman məlumatı olub ki, qardaşının da ölüm şəhadətnaməsi yoxdur. Vərəsəlik işinin həlli üçün qardaşının ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsi zəruridir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında X11 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun mərhum Rauf onun (şahidin) dostu olmuşdur. Çox yaxşı insan olmuş, münasibətləri də bir ailə kimi olub. Mərhum özünü tavandan asmışdır. Halbuki sağlığında hər hansı əsəb xəstəliyinin olmasından məlumatları yox idi. Mərhum Cəlilabad rayonu Muğan kənd qəbirstanlığında dəfn edilmişdir. 02 avqust 2012-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) bacısı oğludur. Mərhum Rauf özünü asaraq intihar etmişdir. Kənd qəbirstanlığında dəfn edilmişdir. Dəfndə iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) əmisinin nəvəsidir. Mərhum Rauf çox tərbiyəli, yaxşı insan olmuşdur, özünü asaraq intihar etmişdir. Əsəb xəstəsi olduğunu bilməmişlər. Muğan kənd qəbirstanlığında dəfn edilmişdir. O (şahid), dəfndə iştirak etmişdir. İşdə olan Cəlilbad rayon Svetlaya Zarya kənd soveti tərəfindən verilmiş xx.xx.1990cıil tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı ildə doğulmuşdur, atası X1, anası X2r. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1990-cı ildə doğulmuş X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan Tibbi Ərazi Bölmələrinin X10 X15 rayon X5 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümü ilə əlaqədar Cəlilabad RMX PHŞ-də heç bir məlumat yoxdur. İşdə olan Cəlilabad rayonu İHB Muğan kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan görünür ki, xx.xx.1990-cı ildə doğulmuş X9 xx.xx.2012-ci ildə vəfat edilmiş və Cəlilabad rayonu Muğan kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının foto şəklindən görünür ki, X3 ölüm tarixi kimi xx.xx.2012-ci il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X9 xx.xx.2012-ci ildə vəfat etmişdir. Həmin vaxt ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümünü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Qardaşının ölüm faktını müəyyən edilməsi ərizəçiyə vərəsəlik açılması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X9 xx.xx.2012-ci ildə ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 xx.xx.2012-ci ildə Cəlilabad rayonunun Muğan kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar