Məhkəmə qərarları › İş №2(073)-2158/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2158/2024

05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2158/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi qohumluq faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə ölmüş X21 ilə xx.xx.1982-ci il tarixdə doğulmuş Ərizəçi qohum olması faktı, yəni X13 onun əmisi olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərdi ki, xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində doğulmuşdur. X3, anası Bayramova Balanisə Museyib qızı olmuşdur. Valideyinlərindən atası vəfat etmişdir. X5 onun atasının qardaşı, yəni onun (ərizəçinin) əmisidir. Mərhum əmisi və əmisinin ailə üzvləri vəfat etmişdir. Mərhum əmisi X11 Bayramov 11 mart 2014-cü il tarixdə vəfat etmişdir. Onun ölüm faktı məhkəmə tərəfindən müəyyən edilmiş və qeydiyyat orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli, 09 saylı qərarı ilə mərhum əmisi oğlu X19 kəndində 0.25 ha torpaq sahəsi verilmişdir. Mərhumun bütün ailə üzvləri vəfat etdiyindən vərəsəliklə bağlı sənədləşmə aparılması tələb olunur. Mərhum əmisi X13 onunla (ərizəçi) ilə qohum olması, yəni onun (ərizəçinin əmisi olması rəsmi sənədlərlə öz təsdiqini tapmamışdır. Hazırda mərhum əmisinin oğlundan miras qalmış əmlakla bağlı vərəsəlik açılmasından ötrü sənədləri toplayarkən mərhum Almas Bayramovun onun atasının qardaşı olması sənədlərdə təsdiqini tapmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. X21 onun (şahidin) qonşusu olmuşdur, Almas və onun iki oğlu da xəstəlikdən vəfat etmişdirlər. Ərizəçinin əmisi və əmisinin oğlanları vəfat etdikdən sonra ondan qalmış miras əmlakla bağlı vərəsəlik açılmasından ötrü sənədlər toplayarkən mərhum qohumluq əlaqələri qeydi tapılmadığından ərizəçi mirası qəbul edə bilməmişdir. Belə ki, həmin miras ərizəçinin əmisi oğlu Vaqif Bayramovun mülkiyyətində olmuşdur. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun həmkəndlisidir. X21 onun (şahidin) qonşusu olmuşdur, Almas və onun iki oğlu da xəstəlikdən vəfat etmişdirlər. Ərizəçinin əmisi və əmisinin oğlanlarına ərizəçinin anası baxmışdır. Həmin miras ərizəçinin əmisi oğlu Vaqif Bayramovun mülkiyyətində olmuşdur. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X16 şahid X7 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.1965-ci ildə Cəlilabad rayon Günəşli kəndində doğulmuş, bu barədə 25 dekabr 1972-ci il tarixdə Maraqlı şəxsndə 367 nömrəli doğum haqqında bərpa aktı qeydi tərtib olunmuş, anası X21 anası X1 qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1968-ci il tarixdə Azərbaycan Respublikası Cəlilabad rayon Günəşli kəndində anadan olmuş X10 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2014-cü ildək olan dövrə aid “Vətəndaşlıq vəziyyətinin aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış xx.xx.1986-cı ildən xx.xx.2014-cü ilədək olan dövr ərzində olmuş X10 nikah haqqında akt aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası Cəlilabad rayon Günəşli kəndində anadan olmuş X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2009-cu ildək olan dövrə aid “Vətəndaşlıq vəziyyətinin aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış xx.xx.1983-cü ildən xx.xx.2009-cu ilədək olan dövr ərzində olmuş X8 nikah haqqında akt aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, X22 ilə X4 nikah haqqında 01 mart 1968-ci il tarixdə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.1993-cü ildə Cəlilabad rayon Günəşli kəndində ölmüşdür, xx.xx.1993-cü ildə 24 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli arayışdan görünür ki, X17 xx.xx.2009-cu ildə Cəlilabad rayon Günəşli kəndində ölmüşdür, xx.xx.2009-cu ildə 17 nömrəli akt qeydi tərtib olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X22 xx.xx.2011-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qohumluq münasibətlərində olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarxdə ölmüş X21 ilə xx.xx.1982-ci il tarixdə doğulmuş Ərizəçi qohum olmaları faktı, yəni X13 Ərizəçi əmisi olması faktı müəyyən edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar