Məhkəmə qərarları › İş №2(073)-2162/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2162/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2162/2023 07.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, X10 ilə ailə qurmuşlar və nikahlarını 16 yanvar 1997-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından doğulmuş 03 yanvar 2003-cü il təvəllüdlü mərhum qızı X8, 17 iyun 2006cı il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və Cəlilabad şəhər məzarlığında dəfn edilmişdir. Həmin vaxtlar yas mərasiminə başları qarışdığı üçün oğlunun ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişlər və bu səbəbdən də qızının ölüm akt qeydi aparılmamışdır. Bəzi sənədləşmə işlərinin aparılmasından ötrü mərhum qızına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Hazırda mərhum qızına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun mərhum qardaşı X5 arvadıdır. Ərizəçi Qızbanı X1 ilə 1997-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar Ərizəçi övladı X8 03 yanvar 2003-cü il tarixdə Cəlilabad şəhərində doğulmuşdur, lakin 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və şəhər məzarlığında dəfn edilmişdir. Bir yaxın qohum kimi onun yas mərasimində iştirak etmişdir. O, X4 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində vəfat etməsini təsdiq edir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun mərhum qaynı X5 arvadıdır. Ərizəçi mərhum Sədyar Cəfərovla ailə həyatı qurmuşlar. Ərizəçi övladı X8 03 yanvar 2003-cü il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. Lakin mərhum X8 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində vəfat etmiş və şəhər məzarlığında dəfn edilmişdir. Bir yaxın qohum kimi onun yas mərasimində iştirak etmişdir. O, təsdiq edir ki, X8 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində doğulmuşdur. İşdə olan Vİİ-JQ 328399 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X2 nikahlarını 16 yanvar 1997-ci il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 saylı qeydiyyat aparılmaqla, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan AZ-İ 268305 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 03 yanvar 2003-cü ildə doğulmuşdur, atası X10, anası Ərizəçidır. İşdə olan AZ-İ 890169 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 may 2010-cu il tarixdə “beyinə qansızma” xəstəliyi səbəindən ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 28 avqust 2023-cü il tarixli məktubdan görünür ki, X4 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi X10 ilə birgə nikahından 03 yanvar 2003-cü ildə doğulmuş övladı X8 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində vəfat etmişdir. Sonradan ərizəçi qızı Aygünün ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona vaxtında müraciət olunmadığı üçün, X4 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qızıına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X4 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 03 yanvar 2003-cü ildə doğulmuş X4 17 iyun 2006-cı il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar