Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2175/2025 26.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi doğumun faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladı X2 15 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonu, Kövüzbuluaq kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, 2024-cü ilin aprel ayında Cəlilabad rayonu, Kövüzbulaq kənd sakini X6 ilə qeyr-rəsmi olaraq el adətilə ailə qurmuşdur. Nikahlarını isə 03 aprel 2025-ci il tarixdə rəsmiləşdirmişlər. Qeyri-rəsmi nikahlarından 15 yanvar 2023-cü il tarixdə X5 ev şəraitində anadan olmuşdur. Lakin, ölvadı Hüseyn Ağazadəyə doğum haqqında şəhadətnamə götürmədiyi üçün uşağın doğum akt qeydi aparılmamışdır. O, oğlu Hüseynin doğum akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, ona bildirmişlər ki, doğumu təsdiq edən tibbi şəhadətnamə olmadığından doğumun qeydə alınması mümkün deyildir. O, doğum haqqında tibbi şəhadətnamə üçün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin doğuş evdə olduğu üçün doğum haqqında şəhadətnamə verilməmiş, həmçinni ona izah edilmişdir ki, oğlu Hüseyn Ağazadəyə doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də o, məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq Ərizəçi və maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, AZ-İİ 649305 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X4 nikahlarını 03 aprel 2025-ci il rəsmiləşdirmişlər. Bu barədə nikah akt qeydləri kitabında 320 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Ağazadə soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 06 mart 2025-ci il tarixli, 12/509 saylı məktubdan görünür ki, Ərizəçi 15 yanvar 2023-cü il tarixdə doğulmuş oğlu X2 doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 mat 2025-ci il tarixli arayışdan görünür ki, 15 yanvar 2024-cü il təvəllüdlü X7 10 mart 2025-ci il tarixində ASM-də Pediatr tərəfindən tibbi müayinə olunmuş və sağlamdır. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 mat 2025-ci il tarixli arayışdan görünür ki, 15 yanvar 2023-cü il tarixdə doğulmuş X2 doğumu ilə əlaqədar Cəlilabad RMX PHŞ-də hər hansı qeydiyyat aparılmamışdır və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X1, anası Ərizəçi olmaqla X5 15 yanvar 2023-cü ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuşdur. X5 doğulan vaxt valideynləri ona doğum haqqında şəhadətnamə almamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə oğlu X3 doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1, anası Ərizəçi olmaqla X2 15 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. X1, anası Ərizəçi olmaqla X2 15 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2175/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2175/2025
26.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver