Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2179/2024 05.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 21 noyabr 2020-ci ildə Cəlilabad rayonunun Cəngan kəndində doğulması, X1, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, 2019-cu ildə X3 ilə faktiki evlənmişlər, nikahlarını isə 07 avqust2023-cü ildə rəsmləşdirmişdirlər. Birgə nikahlarından 21 noyabr 2020-ci ildə Mirlalə adlı uşaqları doğulmuşdur. Qızı Mirlalə pandemiya dövründə ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə almamışlar. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, anası Ərizəçi, X1 olmaqla X2 21 noyabr 2020-ci ildə Cəlilabad rayonunun Cəngan kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ərizəçi ilə X3 2019-cu ildə faktiki evlənmiş, nikahlarını isə sonra rəsmləşdiriblər. Onların birgə nikahlarından 21 noyabr 2020-ci ildə Mirlalə adlı uşaqları doğulmuşdur. Ərizəçinin qızı Mirlalə pandemiya dövründə ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə almamışlar. Həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi ilə X3 2019-cu ildə faktiki evlənmişlər, nikahlarını isə sonra rəsmləşdiriblər. Valideynlərin birgə nikahlarından ərizəçinin qızı Mirlalə doğulmuşdur. Mirlalə 21 noyabr 2020-ci ildə pandemiya dövründə ev şəraitində doğulduğundan onun doğum akt qeydi aparılmamış və ona doğum haqqında şəhadətnamə alınmamışdır. Mirlaləyə doğum haqqında şəhadətnamə almaq üçün anası Ərizəçi Maraqlı şəxsnə müraciət etsə də, uşağın doğumu haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə olan Lənkəran rayon Liman şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 07 avqust 2023-cü il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə Ərizəçi 07 avqust 2023-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 12 saylı qeydiyyat aparılaraq, arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan Cəlilabad rayon Cəngan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli şəkilli arayışdan görünür ki, X4 21 noyabr 2020-ci il tarixdə anadan olmuş, hal-hazırda sağ-salamatdır və Cəlilabad rayonunun Cəngan kəndində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 21 noyabr 2020-ci ildə doğulmuş X4 «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Doğumun qeydiyyatı ilə bağlı doğum haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquq müəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması Maraqlı şəxsndə mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin birgə nikahından 21 noyabr 2020-cı ildə ev şəraitində Mirlalə adlı uşağı doğulmuşdur. Həmin uşaq ev şəraitində doğulduğundan onun doğumu barədə akt qeydi aparılmamış və uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçi həmin uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında tibbi şəhadətnamə və digər müvafiq hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 və anası Ərizəçi olmaqla X2 21 noyabr 2020-ci ildə Cəlilabad rayon Cəngan kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2179/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2179/2024
05.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver