Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-22/2024 08.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X8 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X8 qarşı zəbt olunmuş torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə Cəlilabad rayonunun Sabirabad kəndində yaşayır. Mərhum valideynlərinə məxsus Cəlilabad rayonu Sabirabad kəndində yerləşən 0.7219 ha torpaq sahəsini qanun üzrə vərəsəlik hüququ əsasında şəhadətnamə əsasında öz mülkiyyətinə keçirmişdir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən onun (iddiaçının) adına mülkiyyət hüququna dair xx.xx.2020-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsinin bir hissəsi zəbt edərək orada əkin işləri aparır. Dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddianın həcminin azaldılmasına və dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən 0.7219 ha torpaq sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahi etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin məhkəməyə üzrlü səbəbdən gələ bilməməsini təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə işə İddiaçı və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən 0.7219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-285/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnaə ilə cavabdeh İddiaçı torpağa mülkiyyət hüququna dair JN-715, 80605028 nömrəli Dövlət aktına əsasən Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə verilmiş, bir-birindən ayrı ərazilərdə yerləşən iki hissədən ibarət, cəmi 3.10 ha (715M/2.16 və 715/0.94) kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən 715M nömrəli 2.16 ha hissəsinin 1.2 hektaradək hissəsindən çıxrılması qət edilmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)- 3159/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli, 2(073)-285/2021 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2 (102)-2014/2022 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-3159/2021 nömrəli iş üzrə 24 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa və xx.xx.2020-ci il tarixli, AA 574827 saylı torpaq sahəsinin planı və ölçüsünə əsasən İddiaçı mülkiyyətində olan 0.7219 ha torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Həmin sahənin cavabdehin faktiki istifadəsi kimi plana alınmış ərazinin şərq istiqamətində (eni 38,44 m və 34,30 m; uzunu 201,5 m və 197,76 m) hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına və **********98 reyestr nömrəli Çıxarışın B№ 007326 seriyalı «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin döngə nöqtələrinin koordinatlarına görə İddiaçı mülkiyyətində olan 0.7219 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 3,10 ha iki hissəli (715/0,94 ha və 715M/2.16 ha) torpaq sahəsinin 715M/2,16 ha hissəsinin həmsərhəd olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına əsasən mübahisələndirilən torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmədiyi, iddia olunan 0.7219 ha (7219 kv.metr) torpaq sahəsinin Cavabdeh istifadəsində olduğu müəyyən edilmişdir. İşdə olan JN 715 (Kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətidən görünür ki Cəlilabad rayon X5 xx.xx.1997-ci il tarixli, 08 saylı qərarı ilə Cəlilabad rayonunun Sabirabad kəndinin ərazisindən 3.10 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X2, X3, X6, Cavabdeh, X7 və X4 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən 0.7219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh X9 həmin torpaq sahəsini zəbt etmiş və iddaçıya mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə etməyə imkan vermir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları və X1 Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİİ hissəsində qeyd edilmişdir ki, torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Cəlilabad rayonunun Sabirabad kəndində yerləşən 0.7219 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasına görə Cavabdeh 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə ("Elektron Məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(073)-22/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-22/2024
08.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver