Məhkəmə qərarları › İş №2(073)-2211/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2211/2024

12.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2211/2024 12.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 və anası X5 olmaqla Ərizəçi 08 avqust 1960-ci ildə Cəlilabad rayon Göytəpə şəhərində doğulması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, o (ərizəçi) 08 avqust 1960-cı ildə Cəlilabad rayon Göytəpə şəhərində doğulmuşdur. Ailəli olmamış və Göytəpə şəhərində qohumlarının himayəsində yaşamışdır. X1, anası isə X5 olmuşdur. Hər iki valideynləri vəfat etmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etdikdə, ondan (ərizəçidən) doğum haqqında şəhadətnamə tələb olunduğundan o (ərizəçi), Maraqlı şəxsnə doğum haqqında şəhadətnaməni tələb etdikə bildirilmişdir ki, ərizəçinin doğum akt qeydi aparılmamış və doğum akt qeydinin bərpası üçün məhkəməyə müracət edilməli olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınaraq ərizənin təmin ediməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) bacısıdır. Ərizəçi 1960-cı il, 08 avqust tarixində Cəlilabad rayon Göytəpə şəhərində ev şəraitində doğulmuşdur. X1, anası X5 olmuşdur. Hər iki valideyni ölmüşdür. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) əmisi qızıdır. Ərizəçi 08 avqust 1960-cı ildə Cəlilabad rayon Göytəpə şəhərində doğulmuşdur. X1, anası X5 doğulmuşdur. Hər iki valideyni vəfat etmişdir. Ərizəçinin özündən böyük Nisəxanım adlı bir bacısı olmuşdur. Ərizəçi ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhatədtamə alınması mümkün olmamışdır. Ərizəçi doğularkən onun (şahidin) 6-7 yaşları var idi. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun (şahidin) qonşusu olmuşdur. Ərizəçi 08 avqust 1960-cı ildə Cəlilabad rayon Göytəpə şəhərində doğulmuşdur. X1, anası X5 olmuşdur, hər iki valideynini tanıyırdı. Hər iki valideyni vəfat etmişdir. Ərizəçinin özündən böyük bir bacısı olmuşdur. Ərizəçi ev şəraitində doğulduğu üçün ona doğum haqqında şəhadətnamə alınması mümkün olmamışdır. İşdə olan Cəlilabad rayon İHB-nın Göytəpə şəhər İƏDÜN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi, həmin arayışda foto şəkli göstərilən şəxsdir və o, xx.xx.1960-ci il tarixdə Cəlilabad rayon Göytəpə şəhərində doğulmuşdur. İşdə olan Cəlilabad rayon X4 hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi onun anadan olmasının xəstəxanada olmadığı və qeydiyyata alınmadığı üçün arayışın verilməsinin mükün olmadığı bildirilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1966-cı il tarixdə Cəlilabad rayon Göytəpə şəhərində anadan olmuş Ərizəçi doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə 1961-ci ildən 1971-ci ilədək Maraqlı şəxs və Göytəpə şəhər icra nümayəndəliyində saxlanılan doğum haqqında ilkin, Maraqlı şəxsndə saxlanılan 1982-ci ildən 1986-cı ilədək doğum haqqında bərpa akt qeydləri üzrə yoxlama aparılmış və Ərizəçi doğum akt qeydi aşkar edilməmişdir İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1960-cı il tarixdə doğulması haqqında akt qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmıək hüquqnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi 08 avqust 1960-cı ildə Cəlilabad rayon Göytəpə şəhərində doğulmuşdur. Ailəli olmamış və Cəlilabad rayon Göytəpə şəhərində qohumlarının himayəsində yaşamışdır. X1, anası isə X5 olmuşdur. Hər iki valideynləri vəfat etmişdir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini almaq üçün müraciət etdikdə, doğum haqqında şəhadətnamə tələb olunduğundan ərizəçinin doğum akt qeydi aparılmamış və doğum akt qeydinin bərpası üçün məhkəməyə müracət edilməsi izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, X1 və anası X5 olmaqla 08 avqust 1960-cı il tarixdə Cəlilabad rayon Göytəpə şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasisətilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar