Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-222/2023 06.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə məxsus 0,39 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavbadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə məxsus 0,39 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə iclası 06 oktyabr 2023-cü il tarixə saat 11:25-ə təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilmiş, lakin iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Ona görə də işə tərəflərin iştirakı olmadan baxılması mümkün deyil. Məhkəmə işdə olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iştirakları olmadan işə baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiyinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: İddiaçı Cavabdeh qarşı Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli qərarı ilə ona və ailə üzvlərinə məxsus 0,39 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin cavabdehdən alınaraq naturada ölçülüb ona qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə qərardaddan şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-222/2023
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-222/2023
06.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver