Məhkəmə qərarları › İş №2(073)-224/2024

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-224/2024

15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-224/2024 15.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun (ərizəçinin) 14 fevral 1960-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, izahatında göstərmişdir ki, 14 fevral 1960-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. X1, anası X7 olmuşdur. Hər iki valideyni vəfat etmişdir. Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnamə almaq istəmiş, lakin həmin şöbədən onun doğumu barədə akt qeydi aparılmadığı bildirilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq X1, anası X7 olmaqla 14 fevral 1960-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, 12 yanvar 1960-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. Ərizəçi ilə həmkəndlidirlər və orta məktəbdə sinif yoldaşı olmuşlar. Ərizəçi 14 fevral 1960-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. Ərizəçinin X1, anası X7 olmuşdur. Ərizəçinin hər iki valideyni vəfat etmişdir. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ərizəçiyə onun (ərizəçinin) doğumu barədə akt qeydi aparılmadığı bildirilmiş və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də, ərizəçi hzırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 şahid X5 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan səkkizillik təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1960-cı ildə doğulmuş Zeynalova X3 rayonu Təzəkənd kənd 8 illik orta məktəbdə oxumuş və 1975-ci ildə məktəbin 8-ci sinfini bitirmişdir. İşdə olan Cəlilabad rayon Təhsil Şöbəsi E.Fətiyev adına Təzəkənd kənd 1 saylı tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 1967ci ildə Təzəkənd kənd 8 illik orta məktəbin 1-ci sinfinə getmiş, 1975-ci ildə 8-ci sinfi bitirmişdir. Ərizəçi ilə bir sinifdə 1960-cı il təvəllüdlü X10, X2 və digərləri oxumuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu ilə bağlı hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Ərizəçi X1 və anası X7 olmaqla 14 fevral 1960-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən onun doğumu barədə akt qeydi aparılmadığı bildirilmiş və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1, anası X7 olmaqla 14 fevral 1960-cı ildə Cəlilabad rayonunun Təzəkənd kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar