Məhkəmə qərarları › İş №2(073)-2244/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2244/2025

07.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2244/2025 07.11.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 08 may 2021-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktının müəyyən olunmasna dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum həyat yoldaşı X4 27 iyun 1978-ci Cəlilabad şəhərində doğulmuş, 08 may 2021-ci il tarixdə “Covid” virusuna yoluxma səbəbindən vəfat etmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ərizəçi ikinci dəfə ailə həyatı qurmuşdur və yenidən nikaha girməsi üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi tələb edilir. Bu səbəbdən də ölüm faktının müəyyən olunmasna ehtiyac yaranmışdır. Mərhum həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun mərhum bacısı Aytəkinin yoldaşı olmuşdur. Bacısı ”korona virus” dan Bakıda evdə rəhmətə gedib. Cəlilabadda dəfn edilib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 verdiyi ifadəsində göstərmişdir ki, mərhum Aytəkinin onun xalası olmuşdur. Xalası pandemiya zamanı koronavirus xəstəliyindən Bakıda vəfat edib. Cəlilabadda dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənələr olmadığı üçün Maraqlı şəxsndə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan İşdə olan Tibbi Ərazi Bölmələrinin X11 X14 rayon X7 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölümü ilə bağlı Cəlilabad RMX-da heç bir məlumat aşkarlanmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ilə X4 xx.xx.2016-cı ildə 5042 saylı nikah bağlamışlar, nikahdan sonra arvada Nalıyeva soyadı verilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X1 ölüm tarixi 08 may 2021-ci il kimi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin mərhum arvadı X4 27 iyun 1978-ci Cəlilabad şəhərində doğulmuş, 08 may 2021-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda ərizəçi ikinci dəfə faktiki olaraq ailə həyatı qurmuşdur və yenidən nikaha girməsi üçün mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi tələb edilir. Bu səbəbdən də ölüm faktının müəyyən olunmasna ehtiyac yaranmışdır. Ərizəçi arvadına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbədən ona ölümü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün onun ölümünün qeydə alınması mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə yenidən nikaha girmək üçün lazımdır, lakin ərizəçi həmin faktı təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyun 1978-ci ildə doğulmuş X1 08 may 2021-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar