Məhkəmə qərarları › İş №2(073)-2265/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2265/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2265/2023 19.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi Əmirəliyev Elxan Əli oğlu, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İddiaçı “Azərqaz” İB-nin Cavabdeh qarşı əsas borcun və 30 manat dövlət rüsumunun alınaraq verilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Cəlilabad Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azərqaz” İB-nin Cavabdeh qarşı 323.40 manat debitor borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 xidmət haqqı olmaqla, cəmi 353.80 manat borcun alınıb verilməsi tələbi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Lənkəran X2 İdarəsi ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 1746-05-19 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və abonentə qazın verilməsi təmin edilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və istehlak etdiyi təbii qaza görə 323.40 manat debitor borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş verilməsinə baxmayaraq cavabdeh yaranmış borcunu ödəməkdən yayınmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan X3 İstismar İdarəsi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1746-05-19 saylı “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsiçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixə olan borcu 323.40 manat təşkil edir. İşdə olan X3 İstismar İdarəsi tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-10/2-938/2023 saylı xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən debitor borcun ödənilməsini tələb etmiş, əks təqdirdə qaz təchizatının dayandırılacağı və aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı İB-nin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu və və 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan Abunə müqaviləsinin 4.1-ci maddəsinə əsasən, abunəçi xidmət haqqını, müqavilə ilə müəyən olunan digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qarşı 323.40 manat debitor borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 xidmət haqqı olmaqla, cəmi 353.80 manat pul tutularaq Lənkəran RQİİ-nin Kapital Bank ASC-nin Lənkəran filialı Kod: 200383 VÖEN **********, MH AZ 37NABZ********************, SWİFT:AİİBAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ90AİİB******************** saylı hesabına ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar