Məhkəmə qərarları › İş №2(073)-2293/2025

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2293/2025

29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2293/2025 29.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qaynanası X10 20 iyul 1950-ci ildə Cəlilabad rayonu Qarazəncir kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən, ərizəçi xx xxxxxx 1969-cu il tarixdə Cəlilabad rayonu, Alar kəndində doğulmuş, 17 mart 2000-ci il tarixdə X12 ilə rəsmi nikahla ailə qurduqdan sonra Cəlilabad rayonu Qarazəncir kəndində yaşayır. Qaynanası, X13 20 iyul 1950-ci il tarixdə vəfat edib və onu Cəlilabad rayonu Qarazəncir kənd qəbristanlığında dəfn ediblər. Lakin qaynanası Sərfinaz Zeynalova dəfn edildikdən sonra onun ölüm akt qeydinin aparılması üçün vaxtında miivafıq orqana müraciət etmədiklərindən onun ölümü qeydə alınmamışdır. Əri (ərizəçinin) X12 da 06 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Əri vəfat etdikdən sonra o, ərindən və qaynanası Sərfinaz Zevnalovadan miras qalmış əmlakı vərəsəlik yolu ilə sənədləşdirmək üçün notariat ofisinə müraciət etmişdir. Həmin vaxtı qaynanası X11 ölüm haqqında şəhadətnaməsi lazım olmuşdur. Buna görə o, qaynanası X11 ölüm akt qeydinin aparılması üçün əvvəl Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin oradan ona qaynanası X11 ölümü ilə bağlı heç bir məlumatlarının olmaması əsası ilə imtina verilmişdir. Daha sonra Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxsndə ona qaynanası X11 ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. X3 20 iyul 1950-ci il tarixdə Cəlilabad rayonu Qarazəncir kəndində ölməsi faktı ərizəyə əlavə edilmiş Cəlilabad rayon İHB-nin Qarazəncir kənd İƏDÜN tərəfindən verilmiş arayış və şahidlərin izahatları ilə təsdiq edilir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, qaynanası Sərfinaz ərizəçinin əri doğularkən ölmüşdür. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun gəlinidir. X6 onun (şahidin) atasının birinci arvadı olmuşdur, onun öldüyü ili bilmir. Çünki həmin vaxt o (şahid) doğulmamışdı. X1 dəfn edilmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynı oğlunun gəlinidir. X2 dəfn edilmişdir. Ölüm tarixini dəqiq xatırlamır, lakin 1951 və ya 1952-ci illərdən biri olmalıdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin onun qardaşının yoldaşıdır. X7 onun (şahidin) atasının birinci arvadı olmuşdur. 1951 və ya 52-ci ildə ölmüşdür və Ocaqlı kəndində dəfn edilmişdir. Həmin vaxt qəbir daşlarının üzərilərinə ad və ya soyadlar yazılmırdı, qəbir daşları adsız olurdu. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dindirilmiş şahid Bağırova Lətafət verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun gəlinidir. X7 onun (şahidin) atasının birinci yoldaşı olmuşdur, o, Cəlilabadda ölüb, Ocaqlı kəndində dəfn edilib. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X10 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan Tibbi Ərazi Bölmələrinin X21 X24 rayon X15 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X11 ölümü ilə əlaqədar Cəlilabad RMX PHŞ-də heç bir məlumat aşkar olunmamışdır. İşdə olan Cəlilabad RİHB-nın Qarazəncir kənd İƏDÜN-də imzalanmış xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.1931-ci ildə doğulmuş X14 1950-ci ilin iyul ayında müəyyən xəstəliklə bağlı vəfat etmişdir və Ocaqlı kənd qəbiristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qaynanası X13 20 iyul 1950-ci ildə vəfat etmişdir, həmin vaxt ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Qaynanasının ölüm faktının müəyyən edilməsi ərizəçiyə miras əmlaka payın müəyyən edilməsi üçün lazımdır. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X11 20 iyul 1950-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində ölməsi faktı müəyyən edilməlidir. Ölüm tarixi ilə bağlı məhkəmə ərizədə göstərilənləri, ərizəçinin və şahidlərin izahatlarını və kənd icra nümayəndəliyinin arayış xarakterli aktını, habelə ölüm tarixinin üzərindən xeyli vaxt keçməsini nəzərə alaraq belə qənaətə gəlir ki, ölüm tarixi 20 iyul 1950-ci il kimi müəyyən edilməlidir. Belə ki, dindirilmiş şahidlər X20ın ölümündən sonra şahidlərin ataları Zeynalov Cəlilağanın ikinci nikahdan doğulmuş uşaqlarıdır və hər bir şahid verdiyi ifadəsində mərhumun 50-ci illərin əvvəllərində öldüyünü bildirmişlər. Ərizəçinin əri Zeynalov Ələddin isə Zeynalov Cəlilağanın ilk nikahından doğulduğuna görə və ərizəçi ilə nikahda olduğuna görə ərizəçinin mərhum qaynanasının ölüm tarixi ilə bağlı söylədikləri həqiqətə uyğun hesab edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X10 20 iyul 1950-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar