Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2302/2025 14.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Mən, Cəlilabad rayon Məhkəməsinin hakimi X* İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizəylə müraciət edərək, iddia ərizəsində bəzi çatışmazlıqlar olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *52.*.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin **4.*.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş *00 manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin *52.*.9, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılma və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş *00 manat dövlət rüsumu (ödəniş qəbzinin nömrəsi *83*822602) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsinə («Elektron Məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2302/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2302/2025
14.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver