Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-231/2025 21.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 20 avqust 2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, mərhum atası X4 25 avqust 1963-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş və 20 avqust 2021-ci il tarixdə qara ciyərin serrozunun ağırlaşması olan qara ciyar komasından vəfat etmiş və Göytəpə şəhər qəbirsanlığında dəfn olunmuşdur. Ailə olaraq başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamə almaq üçün tərəflərindən heç bir orqana müraciət olunmamışdır. Hal-hazırda mərhumun ölüm haqqında şəhadətnaməsi lazım olduğu üçün Cəlilabad rayon Mərkəzi xəstəxanasına və sonra Maraqlı şəxsnə müraciət ediblər. Lakin ona bildiriblər ki, mərhum atasının ölmünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ərizəçinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun dayısı qızıdır. O, dayısının həqiqətən xəstəlikdən əziyyət çəkdiyini və ona görə dünyasını dəyişdiyini təsdiq etdi. İşdə olan V-JQ 287006 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 nikahlarını 29 avqust 1989-cu il tarixdə bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 saylı qeydiyyat aparılmaqla, arvada Lətifova soyadı verilmişdir. İşdə olan XV- JQ 297574 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1990cı ildə doğulmuşdur, atası X4, anası X3r. İşdə olan AZ-İİ 002651 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 fevral 2019-cu il tarixdə “kəskin minokard infarktı Atere skleroz” xəstəliyi səbəindən ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 14 oktyabr 2024-cü il tarixli arayışdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənəd olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi mərhum atası X4 25 avqust 1963-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş və 20 avqust 2021ci il tarixdə qara ciyərin serrozunun ağırlaşması olan qara ciyar komasından vəfat etmiş və Göytəpə şəhər qəbirsanlığında dəfn olunmuşdur. Ailə olaraq başları qarışıq olduğu üçün ölüm haqqında şəhadətnamə almaq üçün tərəflərindən heç bir orqana müraciət olunmamışdır. Hal-hazırda mərhumun ölüm haqqında şəhadətnaməsi lazım olduğu üçün Cəlilabad rayon Mərkəzi xəstəxanasına və sonra Maraqlı şəxsnə müraciət ediblər. Lakin ona bildiriblər ki, mərhum atasının ölmünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qızıına ölüm haqqında şəhadətnamənin alınmasıüçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X2 xx.xx.2021-ci il tarixdə Cəlilabad şəhərində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə doğulmuş X2 20 avqust 2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad RayonMəhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-231/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-231/2025
21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver