Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2312/2024 04.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X4 02 noyabr 1996-cı ildə Cəlilabad rayonunun Qarazəncir kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, izahatında göstərmişdir ki, o (ərizəçi) 8 avqust 1984-cü il tarixində X7 ilə faktiki olaraq evlənmişdir. Birgə nikahlarından beş uşaqları doğulmuşdur. 27 aprel 1988-ci ildə doğulmuş qızı X11 boğazında olan infeksiya ilə bağlı xəstəsiyə tutulmuş və həmin xəstəlik səbəbindən xx.xx.1996-cı ildə vəfat etmişdir. Qızı Cəlilabad rayonunun Qarazəncir kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt qızının ölüm akt qeydi aparılmamışdır. Hazırda ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qızının ölümünü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ölüm faktının müəyyən edilməsi isə ərizəçinin güzəştli şərtlərlə əmək pensiyası hüququndan istifadə etməsi üçün lazımdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı arvadıdır. X11 onun (şahidin) qardaşı qızı olub. Rəna Hümbətova boğazında olan infeksiya ilə bağlı xəstəsiyə tutulmuş və həmin xəstəlik səbəbindən 1996-cı ilin noyabr ayında vəfat etmiş, Cəlilabad rayonunun Qarazəncir kənd qəbirstanlığında dəfn edilmişdir. Bundan sonra ərizəçinin qız övladı doğulmuşdur və həmin uşağa da Rəna adını qoymuşlar. Həmin vaxt ailəsi ölüm haqqında şəhadətnamə almamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 şahid X1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Cəlilabad rayon Andreyevka kənd XDS İK tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 aprel 1988-ci ildə doğulmuşdur, atası X7, anası X9r. İşdə olan Cəlilabad rayon Qarazəncir kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən də 27 aprel 1988-ci ildə Cəlilbad rayon Qarazəncir kəndində anadan olmuş X11 xx.xx.1996-cı ildə vəfat etmişdir və Qarazəncir kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X5 rayon X10 X15 kənd Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi deməsinə görə o, 27 aprel 1988-ci ildə X11 adında bir qız uşağıdünyaya gətirmişdir. Lakin xəstəxananın arxiv səndlərində doğum haqda qeydiyyat yoxdur və ananın deməsinə görə həmin uşaq xx.xx.1996-cı il tarixində xəstəlik nəticəsində vəfat etmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan Tibbi Ərazi Bölmələrinin X5 rayon X10 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 Cəlilabad rayon Mərkəzi ölüm haqqında tibbi qeydiyyatı olmadığından, ölüm haqqında tibbi şəhadətnamə qaydalarınımüəyyən etmək üçün ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X3 ölüm tarixi kimi 02 noyabr 1996cı il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qızı X11 27 aprel 1988-ci ildə doğulmuş 02 noyabr 1996-cı ildə isə vəfat etmiş, Cəlilabad rayonunun Qarazəncir kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi ərizəçinin qızına ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə bacısının ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin hüquqi marağı güzəştli şərtlərlə əmək pensiyası hüququndan istifadə etməkdir vəmüvafiq şəhadətnaməni digər qaydada ala bilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X3 02 noyabr 1996-cı ildə ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 aprel 1988-ci ildə doğulmuş doğulmuş X3 02 noyabr 1996-cı ildə Cəlilabad rayonunun Qarazəncir kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2312/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2312/2024
04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver