Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2361/2025 20.08.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyeva Ləman Həmzağa qızının sədrliyi, Həşimzadə Şahanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X2 xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonu, Soyuqbulaq kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum babası X4 xx.xx.1912-ci il tarixdə Cəlilabad rayonu, Privolnoye kəndində anadan olmuşdur. Ərizəçi əsgərlikdən gələndən sonra mərhum babası ilə yaşamış, hal hazırda da onun əmlakına sahiblik edir. Babası xx.xx.1983-cü il tarixdə vəfat etmiş və Cəlilabad rayonu, Soyuqbulaq kənd qəbiristanlığında dəfn edilmişdir. Bununla yanaşı nənəsi və eyni zamanda atası X3 xx.xx.2022-ci il tarixdə, anası X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Babasının ölümündən sonra ölüm haqqında şəhadətnamə alınmamışdır. Mərhum babasından qalan torpaq sahəsini sənədləşdirmək məqsədi ilə babasının ölüm haqqında şəhadətnaməsini almaq üçün tərəfindən Maraqlı şəxsnə müraciət edilmiş, lakin Cəlilabad RMX PHŞ-nə müraciət olunmadığı üçün ölümün qeydə alınması mümkün olmamışdır. Qeydiyyat Şöbəsində ona bildirmişlər ki, babasının ölümünü təsdiq edən həkim arayışı olmadığı üçün Maraqlı şəxsndə ölümü qeydə alına bilməz və bu barədə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilən məzmunda izahat verib, babasından qalan torpaq sahəsini sənədləşdirmək üçün babasının ölüm haqqında şəhadətnaməsini almağın zəruri olduğunu bildirərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 280/2025 nömrəli arayışından görünür ki, ölüm haqqında tibbi şəhadətnamənin və digər hüquq müəyyən edici sənədlər təqdim edilmədiyindən qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən babasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun nəvəsi olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi babsının ölüm faktının müəyyən edilməsindən asılıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Ağdaş kənd İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 5-41/2-1-343/2025 saylı xx.xx.2025 nömrəli arayışdan görünür ki, X4 xx.xx.1983-cü il tarixdə vəfat etmiş, Cəlilabad rayonu, Soyuqbulaq kənd qəbiristanlığında dəfn olunmuşdur. - “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-32/2-D-319-42-134/2025 nömrəli arayışdan görünür ki, xx.xx.1912-ci il tarixdə anadan olmuş X2 ölümü ilə bağlı Cəlilabad RMX-də heç bir məlumat aşkar olunmamışdır. - Qəbirüstü abidənin fotoşəklindən görünür ki, üzərində “X4 “1912-1983" yazısı əks olunmuşdur; Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur, ərizəçinin babası X1 yaranan problemə görə xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçinin tanışıdır, mərhum X1 yaranan problemə görə vəfat etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 ərizəçinin babası olmuşdur. X4 xx.xx.1983-cü ildə Cəlilabad rayonu Soyuqbulaq kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçi Maraqlı şəxsnə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X4 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1912-ci il təvəllüdlü X2 xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonu Soyuqbulaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1912-ci il təvəllüdlü X2 xx.xx.1983-cü il tarixdə Cəlilabad rayonu Soyuqbulaq kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ləman Mehrəliyeva
Məhkəmə qərarları › İş №2(073)-2361/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2361/2025
20.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver