Məhkəmə qərarları › İş №2(073)-2399/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2399/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2399/2025 08.12.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Quliyeva Kəmalə Mehman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbinə dair idiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbinə dair iddia verərək, Cavabdeh 3000 manat pul və 50 manat dövlət rüsumunun alınıb ona (iddiaçıya) verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, əslində hesab edir ki, cavabdeh ona qarşı dələduzluq etmişdir. Əvvəllər bu barədə şikayət etmək istəmirdi, istəmirdi ki, cavabdeh həbs olunsun. Lakin hazırda hüquq-mühafizə orqanlarına müraciət etmək istəyir və buna görə hazırda işə baxılmasını istəmir, ərizənin baxılmamış saxlanılmasını xahiş edir. İddiaçı bu barədə yazılı ərizə də təqdim etmiş və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini, habelə iddiaçıya qarşı hər hansı dələduzluq etmədiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən ərizə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla baxılmamış saxlanılırsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı 3000 manat pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu (xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzi) tam şəkildə iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar