Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 2(073)-2487/2025 27.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi ilə, İddiaçı X* Cavabdeh-yə qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh-yə qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin Cəlilabad şəhəri Azərbaycanküçəsində yerləşən 6*3.2 kv.metr torpaq sahəsindən çıxarılması, qanunsuz inşa edilmiş tikintinin sökülməsi və torpaq sahəsinin cavabadehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X3 məhkəməyə ərizə ilə müraciət edərək, iddianın inzibati məhkəmə icraatına aid olduğunu bildirərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in **4.*.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X* Cavabdeh-yə qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu (*4.07.2025-ci il tarixli *8364880798 saylı qəbz) tam şəkildə iddiaçı X2 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində yazılı şəkildə Cəlilabad Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2487/2025
Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №2(073)-2487/2025
27.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver