Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2527/2025 10.09.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə 10 sentyabr 2025-ci il tarixdə Cəlilabad şəhərində, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum övladı X3 20 dekabr 1998-ci il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini əsaslandıraraq bildirdi ki, mərhum oğlu X7 02 dekabr 1990-cı il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində doğulmuşdur. X12 anadangəlmə epilepsiya xəstəsi olduğu üçün 8 yaşı tamam olduqdan sonra, yəni 20 dekabr 1998-ci il tarixdə xəstəliyi səbəbindən vəfat etmişdir. Oğlu Cəlilabad rayonu Hacıcavad kənd qəbiristanlığında dəfn edilmişdir. Lakin həmin vaxt oğlunun ölüm faktını təsdiqləyən hər hansısa sənəd almamışlar. O, hal-hazırda çox uşaqlı ana kimi güzəştli şərtlərlə təqaüdə çıxmaq istəyir. Buna görə ondan uşaqlarının sənədləri tələb olunur. O, X3 ölüm akt qeydinin aparılması üçün əvvəl Cəlilabad rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Lakin oradan ona bildirmişlər ki, oğlunun ölümü ilə bağlı Cəlilabad rayon Mərkəzi Xəstəxanasında heç bir məlumat olmadığı üçün tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Daha sonra o, Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndə də ona bildirmişlər ki, övladının ölümünü qeydə almaq üçün tibbi şəhadətnamə lazımdır. Tibbi şəhadətnamə olmadığından oğlunun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Odur ki, mərhum oğlunun ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. X1 20 dekabr 1998-ci il tarixdə ölməsi faktını şahidlər də təsdiq edə bilər.Odur ki, qeyd etdiklərinin nəzərə alınıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məlumat verilmədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı arvadıdır. X2 isə onun qardaşı oğlu olmuşdur. Mərhum anadangəlmə epilepsiya xəstəsi olmuş, 20 dekabr 1998-ci il tarixdə həmin xəstəliyi səbəbindən vəfat etmişdir. Onu yaşadıqları Cəlilabad rayonu Hacıcavad kənd qəbiristanlığında dəfn etmişlər. Mərhumun dəfn mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun xalası qızıdır. Ərizəçinin oğlu mərhum Elgiz Muradov 20 dekabr 1998-ci il tarixdə epilepsiya xəstəliyindən vəfat etmişdir. Mərhumun dəfn mərasimində o da iştirak etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçini və şahidləri dinləyərək, işdə olan sübutları nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Doğum haqqında şəhadətnamənin” təsdiq edilmiş surətindən görünür ki, X7 02 dekabr 1990-cı ildə doğulmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən Ərizəçi ünvanlanmış məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X3 ölümü ilə bağlı Cəlilabad RMX-da heç bir məlumat aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 30 iyul 2025-ci il tarixli məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığı üçün Maraqlı şəxsndə ölümün qeydə alınması mümkün deyildir. Ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan Cəlilabad RİHB-nın Ağdaş kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X6 xx.xx.1998-ci il tarixdə vəfat etmiş, Cəlilabad rayonu Hacıcavad kənd qəbristanlığında dəfn edilmişdir.. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən ərizə təmin olunaraq, xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində doğulmuş X3 20 dekabr 1998-ci il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cı il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində doğulmuş X3 20 dekabr 1998-ci il tarixdə Cəlilabad rayonu Hacıcavad kəndində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №2(073)-2527/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2527/2025
10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver