Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2552/2023 07.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi doğumun qeyd edilmə faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulmuşdur. Lakin sonradan valideynləri vəfat etmişdir. Bəzi sənədləşmə işləri üçün doğum haqqında şəhadətnamə lazım olduğundan Maraqlı şəxsnə müraciət edərək doğum akt qeydi barədə arayış verilməsini xahiş etmişdir. Lakin həmin orqandan onun doğum akt qeydinin aşkar olunmadığı bildirilmişdir. Halbuki hazırda rəsmi sənədlər mövcuddur ki, həmin sənədlərlə onun xx xxxxxx 1968-ci il tarixdə doğulmağı öz təsdiqini tapır. O, doğum akt qeydinin bərpa olunması üçün təkrar Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirilmiş ki, doğum akt qeydi aparılmadığı məhkəməyə müraciət etməlidir. Onun xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunun Suluçeşmə kəndində doğulmasını şahidlər də təsdiq edə bilərlər. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi və xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunun Suluçeşmə kəndində doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə bayxamayaraq maraqlı şəxs Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə həmin maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şahidlərin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun xalası oğludur. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunun Suluçeşmə kəndində doğulmuş və həmin kənddə boya-başa çatmışdır. Ərizəçi doğulan zaman onun doğum aktı qeydə alınmamışdır. O, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunun Suluçeşmə kəndində doğulmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun xalası oğludur. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə hazırda yaşadıqları Cəlilabad rayonu Suluçeşmə kəndində doğulmuş və həmin kənddə orta məktəbə getmişdir. Lakin Ərizəçi doğulduqdan sonra onun doğulması barədə, doğum aktı qeydə alınmamışdır. O, təsdiq edir ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunun Suluçeşmə kəndində doğulmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 04 sentyabr 2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumunu təsdiq edən hüquq müəyənedici sənədlər olmadığı üçün onun doğumunun Qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etməsi izah olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulmuşdur. Lakin Ərizəçi doğulan vaxt onun doğum aktı qeydə alınmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə Ərizəçi doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonu Suluçeşmə kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2552/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2552/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver