Məhkəmə qərarları › İş №2(073)-256/2023

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-256/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-256/2023 10.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 25 mart 2002-ci ildə Cəlilabad şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, mərhum qardaşı X5 28 may 1976-cı ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulmuş və 25 mart 2002-ci ildə xərçəng xəstəliyindən ölmüşdür. Mərhum qardaşı X6 şəhər qəbirstanlığında dəfn etmişlər. Müvafiq icra hakimiyyəti orqanına vaxtına müraciət edilmədiyindən mərhum qardaşının ölümü barədə akt qeydi aparılmamışdır. Mərhum qardaşına ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ölüm faktını müəyyən edilməsi ona (ərizəçiyə) mərhum qardaşından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5 28 may 1976-cı ildə doğulmuşdur, atası X7, anası X1r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx xxxx 1974-cü ildə doğulmuşdur, atası X7, anası X1r. İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X3 ölüm tarixi xx.xx.2002-ci il qeyd edilmişdir. İşdə olan Cəlilbad rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Onun ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. İşdə olan Cəlilabad rayon Qarakazımlı kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 605 saylı arayışdan görünür ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini X5 25 mart 2002-ci ildə ölmüş və Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı X5 25 mart 2002-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində ölmüş və Cəlilabad şəhər qəbirstanlığında dəfn edilmişdir. Müvafiq icra hakimiyyəti orqanına vaxtına müraciət edilmədiyindən ərizəçinin mərhum qardaşının ölümü barədə akt qeydi aparılmamışdır. Ərizəçi ərhum qardaşına ölüm haqqında şəhadətnamə alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin qardaşının ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquq müəyyənedici sənədlər olmadığından həmin şöbədə ölümün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Ölüm faktını müəyyən edilməsi ərizəçiyə mərhum qardaşından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınması üçün lazımdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək, X3 25 mart 2002-ci ildə Cəlilabad rayonunda ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 28 may 1976-cı ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulmuş X3 25 mart 2002-ci ildə Cəlilabad rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar