Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2561/2024 25.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X4 1962-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, o, onun anası X10 xx.xx.1934-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur. 1962-ci il tarixdə Cəlilabad rayonunda vəfat etmişdir. X13 Cəlilabad rayon məzarlığında dəfn etmişlər. Lakin savadsızlıq və məsuliyyətsizlik nəticəsində ölüm qeydinin aparılması barədə müvafiq təşkilatlara müraciət edilməmişdir. Hazırda isə bu sənədin əldə edilməsi məhkəmədən kənar mümkün deyildir. Buna görə də məhkəməyə iddia ərizə ilə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun qonşusudur. Mərhum X1 Nazilə Rəhman qızının anasıdır. Vəfat etmiş X2 rayonunda vəfat etmiş və Cəlilabad rayon məzarlığında dəfn edilmişdir. Lakin vəfat etmiş Həbibə İskəndərovanın ölüm akt qeydinin aparılması üçün müvafiq orqana müraciət edilməmişdir və bu səbəbdən də mərhumun ölüm akt qeydi aparılmamışdır. O, təsdiq edir ki, X3 1962-ci il tarixdə Cəlilabad rayonunda vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 594/12 saylı araryışdan görünür ki, Ərizəçi xx xxxx 1956-cı ildə Cəlilabad rayonu Lallar kəndində anadan olmuşdur, anası X6r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 571/12 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01 yanvar 1934-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş X4 ölümü haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə 1960-cı ildən 1964-cü ilədək Maraqlı şəxsnə aid saxlanılan ölüm haqqında akt qeydləri üzrə yoxlama aparılmış və X7 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli, 572/12 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 01 yanvar 1934-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş X4 doğumu haqqında akt qeydinin müəyyən edilməsi məqsədilə 1944-cü ildən 1947-ci ilədək Maraqlı şəxsnə aid saxlanılan ilkin və bərpa doğum haqqında akt qeydləri üzrə yoxlama aparılmış və X7 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan X8 aid məzardaşının fotoşəkilindən görünür ki, X10 1962-ci ildə vəfat etmiş və dəfn edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi anası X10 xəstəliklə əlaqədar olaraq 1962-ci il tarixdə vəfat etmişdir. X13 Cəlilabad rayon məzarlığında dəfn etmişlər. Lakin savadsızlıq və məsuliyyətsizlik nəticəsində ölüm qeydinin aparılması barədə müvafiq təşkilatlara müraciət edilməmişdir. Bu sənədin əldə edilməsi məhkəmədən kənar mümkün deyildir. Hazırda mərhum anasına ölüm haqqında şəhadətnamənin alınmasına ehtiyac vardır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş uşaqlarına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X4 1962-ci il tarixdə Cəlilabad rayonunda ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1934-cü il tarixdə doğulmuş X4 1962-ci il tarixdə Cəlilabad rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-2561/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2561/2024
25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver