Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-257/2023 08.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Füzuli oğlunun katibliyi, Ərizəçi Əlifağa oğlunun iştirakı ilə, Ərizəçi Əlifağa oğlunun ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi Əlifağa oğlu ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X1 13 noyabr 2021-ci ildə Cəlilabad rayonu Gülməmmədli kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi Əlifağa oğlu ərizəni müdafiə edərək verdiyi izahatında bildirdi ki, qardaşı X2 07 aprel 1992-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində doğulmuşdur. 13 noyabr 2021-ci il tarixdə qardaşı Əliyar Ağayev yaşadıqları evin həyətindəki tövlədə özünü asaraq intihar etmişdir. Qardaşını Cəlilabad rayonunun Gülməmmədli kəndin qəbristanlığında dəfn etmişdirlər. Lakin qardaşının ölümünü təsdiq edən həkim arayışı olmamış və buna görə də ölüm akt qeydinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdirlər. Hazırda o, ölən qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığından ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, şahidin izahatlarını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi izahatında bildirdi ki, Ərizəçi onun əmisi oğludur. O, cümlədən məhum Əliyar Ağayev də əmisi oğludur. X2 07 aprel 1992-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində doğulmuşdur. 13 noyabr 2021-ci il tarixdə Əliyar Ağayev yaşadıqları evin həyətindəki tövlədə özünü asaraq intihar etmişdir. Qardaşını Cəlilabad rayonunun Gülməmmədli kəndin qəbristanlığında dəfn etmişdirlər. Əliyar Ağayevin 13 noyabr 2021-ci il tarixdə Gülməmmədli kəndində ölməsi faktını təsdiq edir. İşdə olan AA0381756 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 07 aprel 1992-ci ildə doğulmuşdur. İşdə olan Cəlilabad rayon İHB-nın Gülməmmədli kənd İƏDÜN tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Əlifağa oğlunun qardaşı X2 13 noyabr 2021-ci il tarixdə vəfat etmiş Gülməmmədli kəndin qəbristanlığında dəfn edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Cəlilabad rayon prokurorluğunun 23 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, X2 13 noyabr 2021-ci il tarixdə yaşadıqları evin həyətindəki tövlədə özünü asaraq intihar etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığından onun ölümünün Qeydiyyat orqanında qeydə alınması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi Əlifağa oğlunun qardaşı X2 07 aprel 1992-ci ildə Cəlilabad rayonunun Gülməmmədli kəndində doğulmuşdur. 13 noyabr 2021-ci il tarixdə Əliyar Ağayev yaşadıqları evin həyətindəki tövlədə özünü asaraq intihar etmişdir. Hazırda da Cəlilabad rayonu Gülməmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. Sonradan ərizəçi qardaşı Əliyarın ölüm akt qeydinin aparılması üçün Maraqlı şəxsnə müracət etmiş, lakin həmin şöbədən ona X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyən edici sənədlər olmadığı üçün ölüm akt qeydinin aparılmasının mümkün olmadığı bildirilərək, məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinəəsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinəəsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. İş materiallarından görünür ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi ərizəçiyə ölmüş qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır, lakin ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, X1 13 noyabr 2021-ci ildə Cəlilabad rayonu Gülməmmədli kəndində ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. 07 aprel 1992-ci ildə doğulmuş X1 13 noyabr 2021-ci ildə Cəlilabad rayonu Gülməmmədli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №2(073)-257/2023
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-257/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver