Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-257/2025 09.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X2nun 22 avqust 2024-cü ildə Cəlilabad rayonunun Alar kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o (ərizəçi), xx xxxxxx 1970-ci il tarixində Cəlilabad rayonunda doğulmuşdur. 29 aprel 2014cü ildə X8 ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. X2 22 avqust 2024-cü ildə qəflətən ürək çatışmazlığından vəfat etmişdir. Həmin vaxt ölüm hadisəsinin şokunda olduğundan mərhumun ölməsi barədə rəsmi dövlət orqanlarına məlumat verməmiş və bu səbəbdən də ölüm akt qeydi aparılmamışdır. Hazırda ölüm şəhadətnaməsinin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ərinin ölümünü haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ölüm faktının müəyyən edilməsi onun (ərizəçi) üçün bir çox sənədləşmə işlərinin aparılması üçün zəruridir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onların gəlinidir, yəni onun qardaşı arvadıdır. X1 isə onun (şahidin) qardaşı olub. Qardaşı 22 avqust 2024-cü ildə qəflətən ürək çatışmazlığından vəfat edib və Cəlilabad rayonunun Alar kəndində dəfn edilib. Həmin vaxt ölüm hadisəsi barədə rəsmi dövlət orqanlarına məlumat verməmişlər və bu səbəbdən də ölüm akt qeydi aparılmamışdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi və onun mərhum əri onun qonşusudurlar. X1 22 avqust 2024-cü ildə qəflətən ürək çatışmazlığından vəfat etmiş və Cəlilabad rayonunun Alar kəndində dəfn edilib. Ərizəçi və mərhum həm də xalaqızı xalaoğlu idilər. İşdə olan Cəlilabad rayon Alar kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 xx.xx.2014-cü ildə nikah bağlamışlar, nikah aktları kitabında 29 saylı qeyd aparılmış, arvada Həsənova soyadı verilmişdir. İşdə olan Cəlilbad rayon Alar kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X8 22 avqust 2024-cü ildə Bakı şəhərində vəfat etmişdir və Alar kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Tibbi Ərazi Bölmələrinin X9 X14 rayon X6 Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X8 ölən zaman həkim ekspert tərəfindən müayinə olumnadığı üçün ekspert rəyinin tərəflərindən verilməsi mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə onun ölümünün qeydə alınması mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu elan edilmişdir İşdə olan qəbir daşının fotoşəklindən görünür ki, X3 ölüm tarixi kimi 22 avqust 2024cü il göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin X2 22 avqust 2024-cü ildə vəfat etmiş, Cəlilabad rayonunun Alar kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ailəsi ərizəçinin ərinə ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda isə ərizəçi ölüm haqqında şəhadətnamə alınmaq ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə və digər hüquqmüəyyənedici sənədlər olmadığından həmin şöbədə bacısının ölümünün qeydə alınması mümkün olmamışdır. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilərək X3 22 avqust 2024-cü ildə ölməsi ölməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyul 1967-ci ildə doğulmuş X3 22 avqust 2024-cü ildə Cəlilabad rayonunun Alar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-257/2025
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-257/2025
09.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver