Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(073)-2586/2024 21.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmov Cavid Emin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun (ərizəçinin) 07 iyul 1957-ci il tarixdə Cəlilabad rayonu, Qasımbəyli kəndində anadan olmağı və atasının X7, anasının X4 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi verdiyi izahatında göstərmişdir ki, o (ərizəçi), 07 iyul 1957-ci il tarixdə Cəlilabad rayonunun Qasımbəyli kəndində anadan olmuşdur. X1, anası X3r. Valideynlərinin rəsmi nikahı olmamışdır və hər ikisi vəfat etmişdir. O (ərizəçi), 1977- 1979-cu illər ərzində Cəlilabad rayonundan hərbi xidmətə getmiş, hərbi xidmətdən qayıdandan sonra sovet dövründə sovet pasportu ilə uzun müddət Türkmənistan Respublikasının Aşqabad şəhərində yaşamışdır. 2 ildir Azərbaycanda X2 ilə rəsmi nikah bağlayıb ailə qurmuşdur. xx.xx.2024-cü il tarixdə ona MYİ №0740540 saylı Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi verilmişdir. Onun doğum qeydi aparılmadığı üçün yeni şəxsiyyət vəsiqəsi də ala bilmir. O (ərizəçi), doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etsə də hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərin nəzərə alınaraq, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizə əsaslıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusu olub. Əsgərliyə gedənə qədər bir kənddə yaşayıblar. Ərizəçinin anasının adı Mixək, atasının adı Böyükxan olub. Ərizəçi xeyli müddət bundan əvvəl əsgərliyə gedib, həmin tarixdən sonra ərizəçini görməyib, yalnız bu yaxınlarda kənddə təkrarən görüb. Atası və anasını tanıyırdı, yaxın qonşuluq münasibətləri olmuşdur. Ərizəçi 1957-ci ildə anadan olub, həmin vaxt onun (şahidin) 9 yaşı var idi, lakin dəqiq olaraq hansı ay və ya gündə anadan olmasını xatırlamır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, ərizəçi onun qonşusu olub. Əsgəriliyə gedənə qədər bir kənddə yaşayıblar. Sonra isə Türkməistana gedib. Ərizəçinin atasının adı Böyükxan, anasının adı Mixək olub. Ərizəçi 1957-ci ildə anadan olub, lakin dəqiq tarixi xatırlamır. İşdə olan Yardımlı RİH Başçısının Şiləvəngə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 xx.xx.1957-ci ildə ölmüşdür. İşdə olan Cəlilabad rayon Şabanlı Bələdiyyəsi tərəfindən Cəlilabad rayon İHB Şabanlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1957-ci ildə Cəlilabad rayonunun Qasımbəyli kəndində anadan olmuş Ərizəçi X1dur, o, 1957-ci ildə vəfat etmişdir, anası X3r, o, 2014-cü ildə vəfat etmişdir. İşdə olan Cəlilabad rayon İHB Şabanlı kəndi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi 07 iyul 1957-ci il tarixdə Cəlilabad rayonunun Qasımbəyli kəndində anadan olmuşdur. İşdə olan H3 №3577702 saylı hərbi biletin surətindən görünür ki, 1957-ci il təvəllüdlü Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi 07 iyul 1957-ci ildə doğulm akt qeydinin müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Doğumun qeydiyyatı ilə bağlı hüquq müəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması Maraqlı şəxsndə mümkün olmamış və ərizəçiyə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. İşdə olan Cəlilabad rayon rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 07 iyul 1957-ci il təvəllüdlü Ərizəçi 24 fevral 1980-cı il təvəllüdlü X2 ilə xx.xx.2023-cü ildə nikahlarını bağlamışlar, bu barədə nikah akt qeydləri kitabında 111 saylı qeyd aparılmışdır. İşdə olan Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, ərizəçinin doğum tarixi xx.xx.1957-ci il, doğum yeri Azərbaycan Respublikası göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçi 07 iyul 1957-ci il tarixdə Cəlilabad rayonunun Qasımbəyli kəndində anadan olmuşdur. X1, anası X3r. Valideynlərinin rəsmi nikahı olmamışdır və hər ikisi vəfat etmişdir. Ərizəçinin doğum qeydi aparılmamışdır. O, doğum haqqında şəhadətnamə almaqdan ötrü Maraqlı şəxsnə müraciət etsə də, hüquqmüəyyənedici sənədlər olmadığından doğumun qeydə alınması mümkün olmamış və məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, doğum faktının məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Faktın təsdiqi isə ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxsin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun qeyd edilməsi faktını müəyyən edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, belə sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233, 311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası X4, X1 olmaqla 07 iyul 1957-ci il tarixdə Cəlilabad rayonu, Qasımbəyli kəndində doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №2(073)-2586/2024
Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(073)-2586/2024
21.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver